Icma.az
close
up
RU
Xocalı soyqırımı: Erməni vəhşiliyinin kuliminasiya nöqtəsi

Xocalı soyqırımı: Erməni vəhşiliyinin kuliminasiya nöqtəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Tarixə nəzər saldıqda müxtəlif dövrlərdə ermənilərin Azərbaycana qarşı olan torpaq iddialarının şahidi oluruq və bu məkrli siyasət erməni xislətinin sağalmayan sindromudur. Bölgədə hər zaman təxribat və terrora əl atan ermənilər 1988-ci ildən başlayaraq açıq şəkildə ölkəmizə qarşı torpaq iddialarına başladılar.

Erməni separatçıları tərəfindən xalqımıza qarşı başladılan silsilə terror proseslərinin ən dəhşətli həddi 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamı oldu. Bu soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Xocalı faciəsi ermənilərin türk xalqına qarşı amansızlığı və insanlığa qarşı cinayəti idi.
Erməni şovinistləri və ideoloqlarının əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Xocalı faciəsini törətməklə ermənilər tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.
Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məhz Ulu Öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Bu gün ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi əziz tutulur, hər il soyqırımla bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirləri düzənlənir.
Xüsusilə qeyd etmək lazımdır ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyası uğurla davam etdirilərək Xocalı faciəsinin dünyaya ictimaiyyətinə çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Ancaq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Xocalının qisasını artıqlaması ilə aldı, düşmənə illərlə unuda bilməyəcəyi sarsıdıcı zərbələr endirdi və bu gün Xocalı şəhərində üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri