Icma.az
close
up
RU
Xocalı Soyqırımı: bəşəri cinayət və tarixi zəfər ŞƏRH

Xocalı Soyqırımı: bəşəri cinayət və tarixi zəfər ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Xocalı soyqırımının 34-cü ildönümü xalqımızın yaddaşında silinməz iz buraxmış qanlı faciənin bir daha dərin hüzn və böyük qürur hissi ilə anıldığı tarixi bir gündür. 1992-ci ilin 26 fevralında Xocalıda dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın yalnız Azərbaycan xalqına qarşı eləcə də bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət idi. Həmin gecə yüzlərlə günahsız insanın amansızcasına qətlə yetirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması, insanlıq dəyərlərinin tapdanması idi.

Otuz dörd il keçməsinə baxmayaraq, Xocalı ağrısı milli yaddaşımızda yaşayır, lakin bu gün həmin faciəyə artıq tarixi ədaləti bərpa etmiş qalib dövlətin mövqeyindən baxırıq. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan ardıcıl siyasi və diplomatik fəaliyyət, eləcə də Qarabağın azad olunması ilə təmin edilən tarixi Zəfər bu qanlı cinayətin unudulmadığını və unudulmayacağını göstərir.

Ötən əsrin 90-cı illərində Azərbaycan öz tarixinin ən mürəkkəb siyasi təlatümlərini yaşayıb. İmperiya buxovlarından qurtulmaq və müstəqillik yolunu seçməklə Azərbaycan öz tarixi inkişaf kursunu müəyyənləşdirdi. Azərbaycanın müstəqilliyi yolunda ilk addımları imperiya qüvvələri və yüz illərlə ölkəmizə qarşı məkrli planlar həyata keçirən Ermənistanın şovinist, bədnam niyyətləri ilə üzləşirdi. 1991-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı təcavüzü daha da güclənmiş, Qarabağda silahlı qarşıdurmalar artmışdı. Sovet İttifaqının dağılması ilə yaranan siyasi boşluq Ermənistanın bu bölgədəki separatçı qüvvələrini aktivləşdirdi. Xocalı 1991-ci ilin oktyabr ayından etibarən tam mühasirəyə alınmışdı və şəhərin əhalisi hər cür humanitar yardımdan məhrum edilmişdi. Erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım siyasətinin növbəti təzahürü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı aktı idi.

Faciənin əsas səbəblərini qeyd edərkən Ermənistanın Xocalının strateji əhəmiyyəti və onun nəzarət altına alınması məqsədini, Azərbaycan xalqını qorxutmaq və etnik təmizləmə siyasətini həyata keçirməyi və Ermənistanın müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək üçün dinc əhalini tam məhv etmək istəyini bildirmək lazımdır.

Faciənin Gedişatı və Törədilən Cinayətlər haqqında bəhs edərkən bildirmək istərdim ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalını işğal etməyə başladı. Sovet ordusunun 366-cı motoatıcı alayı bu hücumda həlledici rol oynadı. Şəhər ağır artilleriya və tanklarla atəşə tutuldu, evlər yandırıldı, qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla öldürüldü.Soyqırımı zamanı 13 nəfər öldürülüb, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qocalar idi. 487 nəfər ağır yaralanıb.1275 nəfər əsir götürülüb və onlara işgəncələr verilib. 150 nəfərin taleyi hələ də naməlumdur. 8 ailə tamamilə məhv edilib. 56 nəfər xüsusi işgəncələrlə qətlə yetirilib. Bu rəqəmlər Xocalıda baş verən dəhşətli qətliamın miqyasını açıq şəkildə göstərir. Bu, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən Cenevrə Konvensiyasına tamamilə zidd idi.

Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənləri məsuliyyətə cəlb olunmasını qəti şəkildə tələb etmişdir.

Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir. 1994-cü il 24 fevralda isə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu.

Xocalı faciəsi bəşəriyyət tarixində törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməlidir. Azərbaycan dövləti uzun illər boyu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi işlər görmüşdür. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar artıq Xocalı soyqırımını tanımışdır. Bu ölkələr arasında Türkiyə, Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Sudan və Honduras kimi dövlətlər var. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı Xocalı hadisələrini soyqırımı kimi qiymətləndirmişdir. Bununla belə, dünya dövlətlərinin və beynəlxalq təşkilatların əksəriyyəti hələ də Xocalı faciəsinə lazımi hüquqi qiyməti verməmişdir. Ermənistanın təcavüzkar siyasətini ört-basdır etmək istəyən bəzi dairələr bu hadisənin soyqırımı kimi tanınmasına mane olmağa çalışırlar.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi və əldə olunan Zəfərlər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Xocalı şəhidlərinin ruhunu da şad etdi. Azərbaycan ordusu Ermənistanın işğal etdiyi torpaqları geri qaytararaq haqq-ədaləti bərpa etdi. Azərbaycanın əldə etdiyi Qələbə bu məsələnin beynəlxalq miqyasda daha geniş müzakirə olunmasına səbəb oldu. Azərbaycan dövləti Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda və beynəlxalq məhkəmələrə çıxarmaqda davam edir.

Bu kontekstdə, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevin təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" kampaniyası və Azərbaycan Respublikasının apardığı diplomatik mübarizə soyqırımı cinayəti ilə bağlı dünya ictimaiyyətinin daha geniş məlumatlandırılmasına xidmət edir.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxmış bir faciədir. Əldə olunan tarixi Zəfərlər, Xocalıda həlak olanların qisasının alınması deməkdir. Lakin Xocalı faciəsini törədən cinayətkarlar hələ də beynəlxalq məhkəmələr qarşısında cavab verməyib. Azərbaycanın haqq mübarizəsi davam edəcək və Xocalıya ədalət bərpa olunana qədər dayanmayacaqdır.

Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha bütün dünyaya nümayiş etdirir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri