Icma.az
close
up
RU
Xocalıda itirilmiş ümidləri qaytaran Lider

Xocalıda itirilmiş ümidləri qaytaran Lider

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağdam-Şuşa-Xankəndi-Əskəran yolunun kəsişməsində yerləşən, regionun yeganə hava limanının olduğu və kommunikasiyaların əsas nöqtələrindən biri kimi strateji mövqeyə malik olması Xocalının əhəmiyyətini daha da artırmışdı. Bunu yaxşı anlayan Ermənistan rəhbərliyi və Qarabağdakı terrorçu rejim strateji məqsədlərinə çatmaq və üstünlük əldə etmək üçün əsas həmləsini məhz Xocalıdan başlamaq qərarı vermişdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə yeddi min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi, 613 nəfər xüsusi qəddarlıqla ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Qətlə yetirilənlərin 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca idi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi hələ də məlum deyil. Erməni vandalları işğal zamanı şəhərin zəngin maddi mədəniyyət abidələrini məhv etmiş, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı kurqanları texnika vasitəsilə darmadağın olunmuşdur.

Ermənilərin Xocalıda törətdikləri soyqırımı bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən ‒ dünya tarixində yaddaşlardan heç bir zaman silinməyən Xolokost, Ruanda və Srebrenitsa və digər bu kimi dinc əhalinin soyqırımına yönəlmiş dəhşətli faciələrdən biridir. BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” beynəlxalq konvensiyasını maddələri də Xocalıda baş verənlərin soyqırımı olmasını hüquqi baxımdan tamamilə təsdiqləyir.

Bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilməsi isə ilk dəfə Ümummilli Lider Heydər Əliyevin iradəsi sayəsində mümkün olmuşdur. Onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Ulu Öndər soyqırımla bağlı aşağıdakı fikirləri müasir dövrümüzdə də öz aktuallığını qorumaqdadır: “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içindә Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarәtdir ki, bir tәrәfdәn bu, hәr bir Xocalı sakininin öz torpağına, millətinə, Vәtәninә sәdaqәtliliyinin nümunәsidir. İkinci tәrәfdәn dә Ermənistanın millətçi, vəhşi qüvvələri tәrәfindәn Azәrbaycana qarşı edilәn soyqırımıdır, ­ vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində dövlət səviyyəsində böyükmiqyaslı tədbir və kampaniyalar təşkil edilmiş Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü misilsiz işlər, dünyanın müxtəlif guşələrində səfirlik və diaspor təşkilatlarımızla birgə keçirdiyi təbliğat kampaniyaları və tədbirlər xüsusi diplomatik-siyasi təsir gücünə malik olmuşdur.

Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də start götürən “Xocalıya ədalət!” kampaniyası erməni terrorizminin simasının dünyaya tanıdılmasında və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində mühüm rol oynamışdır.

“Xocalıya ədalət - Qarabağa azadlıq” kampaniyası İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən dəstəklənmiş və 26 fevral tarixinin İƏT-ə üzv ölkələrdə faciə qurbanlarının Xatirə Günü kimi qeyd olunması qərara alınmışdır. İƏT xarici işlər nazirlərinin 35-ci iclasında isə “Xocalı ili” ilə əlaqədar xüsusi qətnamə qəbul edilmiş, 57 ölkənin xarici işlər nazirlərinin dəstəyi ilə qətnamənin icrası üçün zəruri siyasi və hüquqi zəmin yaradılmışdır.

2015-ci ildə Leyla Əliyevanın təşəbbüsü “Xocalıya ədalət” kitabı ingilis və rus dillərində nəşr olunmuş, nəşrdə Ermənistanın və onun rəsmilərinin məsuliyyətinin beynəlxalq hüquqi əsasları izahını tapmışdır. Ümumilikdə, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində hər il Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunmuşdur.

Ermənistan rəhbərliyi Xocalını işğalda saxladığı illərdə ərazidə qanunsuz məskunlaşma həyata keçirərək hesab edirdi ki, işğalçılar burada əbədi qalacaqlar. Onlar Xocalının adını da dəyişmiş, hərbi cinayətkar İvanyanın adına rəsmiləşdirmişdilər. Ancaq Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad edərək, ardınca antiterror tədbirləri həyata keçirərək erməni vandallarının bütün arzularını gözündə qoydu, Xocalı azad edildi, Xocalı əsl sahiblərinə qovuşdu!

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldaraq xalqımızda milli qürur anları yaşatdı. 2024-cü il fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməli qoyan cənab İlham Əliyevin iştirakı ilə xalqımız ilk dəfə Xocalı soyqırımı gününü Xocalıda qeyd etdi. Ali Baş Komandan bəyan etdi ki, 32 ildən sonra biz doğma torpağımıza qayıtmışıq.

Nəhayət, Xocalı sakinlərinin bu həsrətinə son qoyuldu. 2024-cü il mayın 28-də, Müstəqillik Günündə Xocalı şəhərinə ilk sakinlərin köçü gerçəkləşdi. Bu tarixi qürurverici hadisə, möhtəşəm mərasim həm də “Xocalıya Ədalət”in təntənəsi idi. Böyük Qayıdışa Xocalı səhifəsi yazılan bu qürurverici hadisə geridönüşün birinci mərhələsi idi. 2025-ci il fevralın 19-da Xocalının Ballıca kəndinə köçən bir qrup sakinlə görüşən Prezident İlham Əliyev bəyan etdi ki, digər yaşayış evlərinin və infrastruktur işlərinin tamamlanmasından sonra bütün Xocalılar öz isti ocaqlarına qayıdacaqlar.

Beləliklə, Azərbaycan dövləti tək Xocalı faciəsini törədənlərin deyil, buna uzun illərdir ki, göz yuman xarici havadarlarının da cəzasını verdi. İnsanlıq əleyhinə dəhşətli cinayətlər edən şəxslərin bir qismi Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həbs edərək ədalət məhkəməsi qarşısına çıxarıldı. Digər müharibə cinayətkarlarının da ədalət məhkəməsi qarşısında dayanacağına heç bir şübhə yoxdur.

Ramid Namazov

Milli Məclisin deputatı

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 25 Fevral 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see126

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see123

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see118

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see117

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see114

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see109

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see108

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri