Icma.az
close
up
RU
Xocalıya Böyük Qayıdışın başlanması tarixi əhəmiyyət kəsb edən bir mərhələdir ŞƏRH

Xocalıya Böyük Qayıdışın başlanması tarixi əhəmiyyət kəsb edən bir mərhələdir ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən və xüsusilə də bir günlük antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra, əlbəttə ki, işğal altında olan digər ərazilərimiz kimi, qan yaddaşımız olan Xocalının da geri qaytarılması və azad edilməsi xalqımız və müasir tariximiz üçün son dərəcə böyük əhəmiyyət daşıyan bir hadisə oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

O bildirib ki, Xocalı faciəsi dünya miqyasında, bəşər tarixində bənzəri olmayan vəhşilik, ağır müharibə cinayəti idi. Bu hadisə insanlığa qarşı törədilmiş ən amansız və dəhşətli soyqırımlardan biri kimi yadda qaldı. Erməni silahlı birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş bu terror aktı və soyqırımı cinayəti uzun illərdir ki, Azərbaycan dövləti tərəfindən dünyanın bir çox ölkələrində və beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Xüsusilə də Heydər Əliyev Fondunun təşəbbüsü və Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm rol oynayıb.

“Nəhayət, Azərbaycan dövlətinin və ordusunun gücü və qüdrəti nəticəsində torpaqlarımız işğaldan tam azad edildi. Xocalıya qayıdan Azərbaycan xalqı faciəsinin yaralarını nə qədər sarımağa çalışsa da, bu hadisə xalqımızın qan yaddaşında əbədi iz buraxıb. Bu baxımdan Xocalı faciəsi illər ərzində Azərbaycanın apardığı diplomatik fəaliyyət nəticəsində dünyanın bir sıra ölkələri tərəfindən müəyyən dərəcədə tanınıb və həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılıb.

Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 26 fevral tarixində Xocalıda Memorial Kompleksin açılışında iştirakı, Xocalı sakinləri ilə görüşü, səmimi söhbətləri və çıxışı zamanı səsləndirdiyi qətiyyətli bəyanatlar böyük əhəmiyyət daşıyır. Prezidentin həmin görüş zamanı səsləndirdiyi fikirlər bu gün hər birimizdə xüsusi fəxarət və qürur hissi yaradır”, - deyə politoloq əlavə edib.

S.Kərimli Prezidentin Xocalıdakı çıxışı zamanı səsləndirdiyi “Xocalı Memorial Kompleksi xalqın əyilməz iradəsinin və ədalətin təntənəsidir” fikrini şərh edərkən bildirib ki, bu hadisə Azərbaycan Prezidentinin həm xalqımıza, həm də dünya ictimaiyyətinə ünvanladığı mühüm mesaj kimi qiymətləndirilə bilər.

“Bu gün biz həm Xocalı faciəsinin ağrılarını uzun illər yaşamış bir xalqıq, həm də qalib xalq kimi doğma torpaqlarımıza qayıtmışıq. Müəyyən mənada, Xocalının və digər faciələrin qisası döyüş meydanında alınıb. Bu baxımdan Xocalıya Böyük Qayıdışın başlanması tarixi əhəmiyyət kəsb edən bir mərhələdir”, - deyə ekspert qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Fevral 2026 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri