Icma.az
close
up
RU
Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilib

Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilib

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

20 fevral 2025-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Mirzəyev Elmin Əvəz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəis əvəzi kapitan Əkbər Bədəlov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak etmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir bir dəqiqəlik sükutla yad edilmişdir.
Qeyd edək ki, Şəhid Mirzəyev Elmin Əvəz oğlu 20 fevral 1995-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuş, orta təhsilini Salakətin kənd tam orta məktəbində başa vurmuşdur. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 2015-ci ildən 181 saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətini davam etdirmişdir. Mirzəyev Elmin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində aktiv iştirak etmiş,son döyüşü 2 oktyabr 2020-ci il tarixdə olmuşdur. O, Füzuli istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına Şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" “Cəbrayılın azad olunmasına görə” “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Ailəli idi iki övladı yadigar qalmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri