Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Xocavənd rayonunda tədbir keçirilib FOTOLAR

Xocavənd rayonunda tədbir keçirilib FOTOLAR

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

23 iyun 2026-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, rayonun müxtəlif dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ulu Öndərin zəngin dövlətçilik irsi, müasir Azərbaycanın qurulması və inkişafı istiqamətindəki misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Daha sonra Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov iştirakçıları salamlayaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb. Eyvaz Hüseynov çıxışında bildirib ki, dövlət qulluğu cəmiyyətin inkişafında, dövlət idarəçiliyinin səmərəli təşkilində və vətəndaş məmnunluğunun təmin edilməsində mühüm əhəmiyyət daşıyan fəaliyyət sahəsidir. Qeyd olunub ki, Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin formalaşdırılması və təkmilləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi dövründə peşəkar, şəffaf və müasir idarəetmə prinsiplərinə əsaslanan dövlət idarəçiliyi modelinin əsası qoyulub. Rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. O, dövlət qulluqçularının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək onların qanunvericiliyin tələblərinə uyğun, şəffaf, operativ və vətəndaşyönümlü fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, dövlət qulluqçuları dövlətlə vətəndaş arasında etibarlı körpü rolunu oynayırlar. O qeyd edib ki, dövlət idarəçiliyində peşəkarlıq, məsuliyyət və vətənpərvərlik prinsipləri hər zaman əsas meyar olmalı, dövlət qulluqçuları öz fəaliyyətləri ilə cəmiyyətə nümunə göstərməlidirlər. Dövlət idarəçiliyi sisteminin ayrılmaz hissəsi olan dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsində, qanunların icrasında, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar. Məhz buna görə də dövlət qulluqçularının peşə bayramı yalnız bu sahədə çalışan insanların deyil, bütövlükdə cəmiyyətin əhəmiyyət verdiyi xüsusi günlərdən biri hesab olunur.

Daha sonra dövlət qulluqçuları Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun müdiri Cabir Cəfərov və İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Məmləkət İbrahimova dövlət qulluğunun şərəfli və məsuliyyətli fəaliyyət sahəsi olduğunu bildirərək, dövlət qulluqçularının qarşısında duran vəzifələrdən, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Çıxışlarda qeyd olunub ki, dövlət qulluğunda çalışan hər bir şəxs dövlətçilik maraqlarını daim üstün tutmalı, vətəndaşlara həssaslıqla yanaşmalı və üzərinə düşən vəzifələri yüksək məsuliyyət hissi ilə yerinə yetirməlidir.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusu YAP Xocavənd rayon təşkilatının sədri və Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və diplomla təltif edilmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyun 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see650

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see443

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see439

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see405

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see389

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see384

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see346

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see285

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see271

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see267

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see249

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see244

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see230

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see226

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see226

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see225

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see222

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see217

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri