Zəfər Günü Xocavənd qəsəbəsində qeyd olunub
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Beyləqan, 8 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının, milli birliyinin və sarsılmaz iradəsinin təntənəsidir. Bu tarixi Qələbə şəhidlərimizin qanı, qazilərimizin şücaəti və xalqımızın birliyi sayəsində əldə olunub. Zəfərimiz daim qürur mənbəyimiz olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 8 Noyabr - Zəfər Günü münasibətilə Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində keçirilən tədbirdə səslədirilib.
Xocavənd Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Xocavənd qəsəbəsindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Xalqımıza Zəfər sevincini yaşadan qəhrəman oğulların məzarları üzərinə tər gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Sonra mədəniyyət evində rəngarəng konsert proqramı nümayiş olunub. Konsert zamanı Vətənə, Qarabağa və tarixi Zəfərimizə həsr olunmuş musiqi nömrələri səsləndirilib, vətənpərvərlik ruhlu mahnılar və xalq musiqisi nümunələri ifa edilib.
Müxbir – Tahir Ağaməmməıdov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 08 Noyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















