Xocavəndə qayıdan sakin: Burada hər addım atanda şəhidlərimizi düşünürəm
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İmişlidə ağır şəraitdə köçkünlük həyatı yaşadıq. Həyat yoldaşım Ədalət Məmmədov Xocavənd özünü müdafiə dəstəsinin komandiri olub. O, şəhid olanda biz Xocavəndi tərk etdik. Onda övladlarım körpə idi. İndi kəndimizə nəvələrimlə qayıtmışam. Bu, mənim üçün şəhidlərimizin qisası, itkilərimizə təsəllidir”.
Bunu APA-nın Qarabağ bürosuna bu gün Xocavənd rayonuna qayıdan keçmiş məcburi köçkün Ofeliya Məmmədova deyib.
O, yaşadığı sevinci sözlə ifadə edə bilmədiyini vurğulayıb: "Sözlər bu sevinci ifadə edə bilməz. Bir şəhid yoldaşı kimi burada hər addım atanda şəhidlərimizi düşünürəm. Allah onlara rəhmət eləsin. Başda Prezidentimiz olmaqla bu sevinci bizə yaşadan hər kəsə öz dərin təşəkkürümü bildirirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 20 Fevral 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















