Icma.az
close
up
RU
“Xoşdur ki, “Neftçi” kimi komanda bizim futbolçularımızı istəyir”

“Xoşdur ki, “Neftçi” kimi komanda bizim futbolçularımızı istəyir”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Məncə, maraqlı və gərgin oyun keçdi. Baxmayaraq ki, heç-heçə etdik, komandamdan razıyam. Oyuna, əzmkarlıqlarına görə. Futboldur, bəzən qol imkanlarını istifadə edə bilmirsən. İlin son oyunu idi və belə istəklə oynamaq, vuruşmaq çətindir. Futbolçulara təşəkkür edirəm. İnanıram ki, bu oyunlarla, istəklə yaxşı işlər görə bilərik.

– Fasilədən sonra üstün futbolç sərgilədiniz. Birinci hissədən sonra necə toparlandınız?
– Oyuna başlayanda bir az inamsızlıq var idi. Buna baxmayaraq, ilk hissədə qol imkanlarımız oldu. Son ötürmələrdə, zərbələrdə yaxşı oynamadıq. Şanslarımız var idi, demək, hücum futbolu oynaya bilirik. Sadəcə son nöqtəni qoya bilmədik. Fasilədən sonra inam gəldi və daha istəkli olduq. Meydança amilini də nəzərə almaq lazımdır. Həm də ilin son oyunu olduğunu də nəzərə almalıyıq.

– Mediada bir çox futbolçularınızın “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlər dolaşır. Bu, sizi narahat etmir?
– Hər məşqçi üçün hansısa futbolçunun ayrılığı narahat edə bilər. Lakin bu, futboldur. Peşəkar olmalıyıq. Yaxşı təkliflər olarsa, müsbət baxmalıyıq. Futbolda normal şeylərdir. Xoşdur ki, “Neftçi” kimi komanda bizim futbolçularımızı istəyir. Nə olur olsun, biz oyunçularımızın arxasındayıq və hansınınsa getməyini istəmirik.

– Əsas kapitan Vüqar Mustafayev nə üçün ehtiyatda qalır?
– Zədə səbəbindən məşqlərə gec qoşulmuşdu. Mövsüm uzundur, Vüqar kapitanımız və əsas oyunçularımızdan biridir.

– Bəzi klublar gənc oyunçularınızı icarəyə götürmək istəyir. Bu haqda nə düşünürsünüz?
– Yeni gəlmişəm və əsas komandaya gənclərdən 3-4-nü götürmüşəm. İndi onları göndərmək düzgün olmaz. Futboldur, oyunçunun inkişafı üçün nə lazımdırsa, kömək edəcəm.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Dekabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri