Icma.az
close
up
RU
Xosep Qvardiola 4 futbolçunun transferə çıxarılmasının istəyib AZƏRTAC

Xosep Qvardiola 4 futbolçunun transferə çıxarılmasının istəyib AZƏRTAC

Bakı, 7 dekabr, AZƏRTAC

İngiltərənin “Mançester Siti” komandası 4 futbolçu ilə yollarını ayıracaq.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər”in ispaniyalı baş məşqçisi Xosep Qvardiola son oyunlarda qeydə alınan uğursuz nəticələr fonunda hücumçu Cek Qriliş, yarımmüdafiəçilər Mateus Nunyes və Ceyms Makeyti, həmçinin sağ cinah müdafiəçisi Kayl Uokeri sərancamında görmək istəmir. Mütəxəssis rəhbərlikdən adıçəkilən oyunçuların satılmasını istəyib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 14 oyundan sonra 26 xal toplayan “Mançester Siti” 4-cü pillədə qərarlaşıb.

seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri