Xoşqədəmdən Qurban Qurbanovla bağlı paylaşım
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı diqqətçəkən paylaşım edib.
Milli.Az xəbər verir ki, jurnalist fikirlərini şəxsi "Facebook" hesabında bölüşüb. O, Qurban Qurbanovun Azərbaycan futboluna qazandırdığı uğurların və zəfərlərin unudulmamalı olduğunu vurğulayıb.
Xoşqədəm Hidayətqızı paylaşımında cəmiyyətdə qəhrəmanlara münasibətin tez-tez dəyişməsini tənqid edib. Jurnalist qeyd edib ki, bəzən insanların özlərinin ucaltdığı şəxslər daha sonra yenidən həmin insanlar tərəfindən sərt tənqidlərə məruz qalırlar.
"Bizim ən böyük problemimiz budur: qəhrəmanımızı özümüz yaradırıq, sonra özümüz yıxırıq. Alqışladığımızı sabah linç edirik. Qurban bəy, verdiyiniz zəfərlər unudulmaz. Rəbbim hər şeyi görür, bilir. Zəfər də, imtahan da Ondandır. Möhkəm olun", - deyə Xoşqədəm Hidayətqızı yazıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 03 Sentyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















