Icma.az
close
up
RU
Xronika: 51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzalayıb

Xronika: 51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzalayıb

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir" adlı süjetdə Bakıda keçirilən "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" adlı II beynəlxalq konfransdan, Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə vurğuladığı məsələlərdən və erməni ekspertlərin fikirlərindən bəhs olunub.

Bildirilib ki, bu tədbir Qərbi Azərbaycan məsələsinə beynəlxalq diqqətin çəkilməsi və bu məsələnin beynəlxalq gündəmə daşınması baxımından mühüm addımlardan biri olub. Konfransın ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin iştirakçılara müraciətində vurğuladığı mesajlar idi:

"Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir".

Diqqətə çatdırılıb ki, konfransda qəbul edilən yekun sənədi isə Qərbi Azərbaycanla bağlı növbəti beynəlxalq sənəd hesab etmək olar, çünki azərbaycanlıların öz yurduna qayıdış hüququnun təmin edilməsinin əks olunduğu sənədiə 51 ölkənin təmsilçiləri imzalayıb.

Süjetdə qeyd olunub ki, Prezident İlham Əliyevin rəsmi İrəvana ünvanladığı son tələbi - Qərbi Azərbaycan İcması ilə danışıqların aparılması Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Erməni ekspertlər hesab edirlər ki, Ermənistan hakimiyyəti gec-tez bu tələblə razılaşmalı olacaq:

"Minlərlə azərbaycanlı Ermənistana qayıdacaq və Azərbaycanla Türkiyə onların hüquqlarının müdafiəsini öz üzərlərinə götürəcəklər. Geri qayıdacaq azərbaycanlıların hüquqlarını qorumaq üçün mexanizmlər yaradılacaq və tədricən Ermənistana nəzarəti ələ alacaqlar. Azərbaycan onların təhlükəsizliyini öz qüvvələri ilə təmin etmək istəyir. Bu isə Azərbaycan və Türkiyə qüvvələrinin Ermənistana daxil olması deməkdir. Beynəlxalq hüququn tələbi olan Qərbi Azərbaycana qayıdış baş tutacaq. İstisna deyil ki, bu məsələ artıq sülh sazişi layihəsində müzakirə edilir, növbəti mərhələdə söhbət prosesin praktiki müstəvidə həyata keçirilməsindən gedir. Prezident İlham Əliyev də tələb edir ki, "Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Artıq Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir. "Hraparak" Zəngəzurda yaşayan ermənilərə istinadən yazır ki, Azərbaycan radioları təkcə sərhəddə yox, bölgənin dərinliklərində də dinlənilir".

Sonda vurğulanıb ki, özümüzdən öncə səsimizin Zəngəzurda eşidilməsi həm də böyük qayıdışın tezliklə baş tutacağının zəngidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: "51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzalayıb"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Dekabr 2024 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri