Icma.az
close
up
RU
Xronika: “Qərbi Azərbaycana qayıdışın reallaşması imkanları genişlənir“

Xronika: “Qərbi Azərbaycana qayıdışın reallaşması imkanları genişlənir“

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Süjetdə bu il noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Bakıya səfərindən, onların İrəvana qayıtdıqdan sonra sülhə dair çıxışlarının revanşistlər tərəfindən aqressiya ilə qarşılanmasından bəhs olunur.

Bildirilir ki, Bakı-İrəvan xəttində baş verən diqqətçəkən proseslər Ermənistanda geniş müzakirələrə səbəb olub. Ermənistan nümayəndə heyətinin üzvü Areq Koçinyan İrəvanda jurnalistlərə açıqlamasında Bakıda yaxşı qarşılandıqlarını, Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşdüklərini deyib, sülh prosesinə qarşı çıxan revanşistləri qoyun adlandırıb.

Qeyd olunur ki, "Sülh Körpüsü" Təşəbbüsü Azərbaycan və Ermənistan arasında etimad mühitinin yaradılması baxımından vacibdir: "İki ölkə arasında qarşılıqlı səfərlərdə üçüncü tərəfin vasitəçi rolunda çıxış etməməsi etimadın formalaşmağa başlamasından xəbər verir. Bu isə Ermənistanda revanşistləri narahat edir. Bu il noyabrın 28-də Qəbələdə sərhədlərin delimitasiyası üzrə komissiyanın 12-ci görüşündə əldə olunan razılaşmaya əsasən, delimitasiyanın cənub istiqamətdə davam etdirilməsi Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Dəhlizin keçdiyi istiqamətlərdə sərhədin müəyyənləşməsi zərurəti var və Bakı ilə İrəvanın hazırkı prioriteti budur. Delimitasiya nəticəsində bir sıra ərazilərin, o cümlədən, Kərki kəndinin qaytarılması gözlənilir. Ermənistanda revanşist qüvvələr iddia edirlər ki, Kərki kəndinin qaytarılmasından sonra strateji mövqelər Azərbaycanın nəzarətinə keçəcək".

Verilişdə Minsk qrupunun ləğvi prosesinin yekunlaşmasının Ermənistanda əsas müzakirə mövzusu olduğu diqqətə çatdırılır.

Erməni ekspertlərin fikrincə, Minsk qrupunun buraxılması Azərbaycanın növbəti diplomatik qələbəsi, Bakı-İrəvan sülh gündəliyinin yekunlaşması deməkdir və növbəti mərhələdə azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı aktuallaşacaq.

Sonda vurğulanır ki, Minsk qrupunun ləğvi Qarabağ məsələsini beynəlxalq müstəvidə gündəmdən çıxardığı üçün Ermənistanın əlindəki kart da sıradan çıxdı: "Bu baxımdan, Qərbi Azərbaycana qayıdışın reallaşması imkanları genişlənir. Hadisələrin inkişafı Qərbi Azərbaycana qayıdışın Bakı-İrəvan sülh prosesinin yekunlaşmasından sonra həyata keçiriləcəyinə əminlik yaradır".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri