Icma.az
close
up
RU
Xronika: Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay Türk tarixinin izi

Xronika: Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay Türk tarixinin izi

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Qədim türk yurdu Arxaşanın erməniləşdirilmə sirri" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşançay toponimi, oronimi və hidronimi haqqında söz açılıb.

Bildirilib ki, Qərbi Azərbaycan ərazisində yüzlərlə, minlərlə daşınmaz tarix, mədəniyyət, dini abidələr və yurd yerləri ermənilər tərəfindən dağıdılıb, mənimsənilib və vandalizmə məruz qalıb.

Arx qırağı - Şəmşəddin, sonralar Berd adlandırılan rayon ərazisində qışlaq adıdır və 1930-cu ildə ləğv edilib.

Arxac - Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayon ərazisində kənd olub və 1940-cı illərdə ləğv edilib.

Arxaşan - Pəmbək mahalının Böyük Qarakilsə, sonra Quqark adlandırılan rayon ərazisində qışlaq adıdır.

Arxaşan - Dərələyəz mahalının Paşalı, sonralar Əzizbəyov/Vayk adlandırılan rayonda dağ adıdır.

Arxüstü - Zəngəzur mahalının Qafan rayonu ərazisində kənd olub. XX əsrin əvvələrində kənd ləğv edilib və xarabalığa çevrilib.

Arcut - Pəmbək mahalının Böyük Qarakilsə, indiki Quqark rayonunda kənd adıdır. 1831-ci ildən burada yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzü nəticəsində deportasiya olunub. 1920-ci ildə azərbaycanlılar geri qayıtsa da, 1988-ci ilin noyabrında sakinlər yenidən qovulub.

Arxaşançay - Şəmşəddil mahalının Dilican şəhəri ərazisində çay adıdır.

Sonda vurğulanıb ki, bu ərazilərdə yaşamış azərbaycanlı əhalinin dərin kökü və irsi adı çəkilən toponimlərdən də bəlli olur: "Məhz bu irsi və tarixi qoruyub saxlamaq, yaşatmaq, mənfur ermənilərin özlərinə məkan saydıqları tarixi oğuz yurdlarına qayıtmaq hər birimizin borcudur və bu, mütləq gerçəkləşəcək".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay - Türk tarixinin izi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Aprel 2025 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri