Icma.az
close
up
RU
Xronika: Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı türk tarixinin izi

Xronika: Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı türk tarixinin izi

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Basarkeçərdə yerləşən dağ necə erməniləşdirildi?" adlı süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı toponimi, oronimi, oykonimi və hidronimi haqqında söz açılıb.

Bildirilib ki, ermənilər tarix boyu Qərbi Azərbaycan ərazisindəki oğuz türklərinin mədəni irsini adlarına çıxmaqla özlərinə saxta keçmiş düzəldib, qədim tarixə malik olmalarını göstərməyə çalışıblar.

Atcar - Dərələyəz mahalının, Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayon ərazisində kənd adıdır. Bəzi mənbələrdə kəndin 930-cu ildə salındığı göstərilir. Kəndin digər adı "Adcar"dır.

Auş - Dərələyəz mahalının, Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayon ərazisində kənd olub. Qafqazın 5 verstlik xəritəsində adı qeyd edilən kənd XX əsrin ortalarında ləğv edilib.

Axarbaxar - Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayon ərazisində dağdır. Adı dəyişdirilib Porak qoyulub.

Axdala - Loru mahalının Allahverdi, sonralar Tumanyan adlandırılan rayon ərazisində qala adıdır. X-XIII əsrlərdə inşa edilib.

Axdərə - Dərələyəz mahalının, Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonda çay adıdır.

Axnçı - Şəmşəddil mahalının Şəmşəddin, sonralar Berd adlandırılan rayonda qışlaq adıdır və 1930-cu ildə ləğv edilib.

Axsaxlı - İrəvan xanlığında mahal olub. Karpibasar mahalının Əştərək, sonralar Aştarak adlandırılan rayon ərazisini əhatə edib.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycandakı irsimizin erməniləşdirilməsi adı çəkilən toponimlərin taleyindən bəlli olur: "Təbii ki, bu saxtalaşdırma ermənilərin özlərini aldatmasından başqa bir əməl deyil. Çünki bu toponimlərin bütün tarixi mənbələrdə Azərbaycan xalqına mənsubluğu haqqında kifayət qədər məlumat, dəlil və sübutlar var".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı - türk tarixinin izi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Aprel 2025 01:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri