Icma.az
close
up
RU
Xronika: Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar, Alladərə türk tarixinin izi

Xronika: Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar, Alladərə türk tarixinin izi

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Albanlara aid tarixi abidələrin mövcud olduğu kənd" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar toponimi, Aldərə hidronimi və Alladərə oronimi haqqında söz açılıb.

Bildirilib ki, haylar və daşnaklar xalqımıza qarşı düşmənçilik siyasətini davam etdirərək rayon, kənd, yer, yurd adlarını yadlaşdırıb milli ünvanların izini itirməyə çalışıblar.

Aldərə - Zəngəzur mahalının Meğri rayonunda kənd adıdır. 1831-ci ildən yalnız azərbaycanlıların yaşadığı kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalıb. 1920-ci ildə kənd sakinlərindən sağ qalanlar geri qayıtsalar da, 1988-ci ildə tarixi-etnik torpaqlarından qovulublar.

Aldərə - Zəngəzur mahalının Meğri rayonunda çay adıdır.

Alırzalar - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonunda kənd olub.

Alişar - Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub. Azərbaycanlıların yaşadığı kənd 1918-ci ildə boşaldılıb. 1920-ci ildə kəndə yenidən qayıdan sakinlər Sofulu, Şıxlar (Qızıl Şəfəq) kəndlərinə köçürülüb və kənd 1940-cı ildə ləğv edilib.

Alyurd - Zəngəzur mahalının Qafan rayonunda mədən yeri olub.

Alladərə - Şörəyel mahalının Düzkənd, sonralar Axuryan adlandırılan rayon ərazisində çöl olub.

Allar - Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd adıdır. Azərbaycanlıların yaşadığı kənd 1914-cü ildə ləğv olunub.

Sonda vurğulanıb ki, bu toponimlər də ermənilərin gizli və məkrli addəyişmə planlarının qurbanı olub: "İndi hayların tarixboyu havadarların dəstəyinə güvənərək reallaşdırdıqları bu hiyləgər planların üstündən artıq qara xətt çəkilir. Çünki azərbaycanlılara məxsus yaşayış məntəqələrinin tarixində yatan keçmiş bizi buna məcbur edir".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar, Alladərə - türk tarixinin izi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Yanvar 2025 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri