Icma.az
close
up
RU
Xronika: Çar Rusiyası məqsədli şəkildə erməniləri mühüm vəzifələrə təyin edirdi

Xronika: Çar Rusiyası məqsədli şəkildə erməniləri mühüm vəzifələrə təyin edirdi

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Oxu.Az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Tətbiqi Tədqiqatlar Fondunun sədri, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Əliyev olub. O, Qərbi Azərbaycandakı tarixi-mədəni abidələrimizdən söhbət açıb. Bildirib ki, zaman-zaman ermənilər bu tarixi irsi saxtalaşdırmağa, özününküləşdirməyə, bir çox hallarda isə məhv edərək yer üzündən silməyə çalışıblar. Bu çərçivədə qədim Albaniya dövlətinə məxsus xristian məbədləri ciddi saxtakarlığa məruz qalıb. Erməni keşişləri həmin kilsələrə sahibləniblər. Lakin buna baxmayaraq, Qərbi Azərbaycanın hər yerində tariximizin, irsimizin, mədəniyyətimizin nəfəsi duyulur.

Tarixçi-alim deyib ki, 1813-cü ilin "Gülüstan", 1828-ci ilin "Türkmənçay" müqavilələrindən sonra ermənilər kütləvi şəkildə Cənubi Qafqaza, xüsusən də Qərbi Azərbaycan ərazilərinə köçürülüblər. O dövrlərdə imperialist dövlətlər ermənilərdən vasitə kimi istifadə edib. Məhz onlardan maşa kimi yararlanaraq Türk dünyasını parçalayıblar. Bu xidmətlərin müqabilində Çar Rusiyası məqsədli şəkildə erməniləri mühüm vəzifələrə təyin edib, onların daha geniş qol-qanad açmasına şərait yaradıb. Bu isə ötən əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı və deportasiyaların törədilməsinə səbəb olub.

Bir insan üçün vətəndən didərgin düşməyin ən böyük faciə olduğunu diqqətə çatdıran İ.Əliyev 1948-1953, 1988-1991-ci illərdə soydaşlarımızın ata-baba yurdundan zorla köçürüldüyünü vurğulayıb. Qeyd edib ki, qaçqına çevrilən, dünyasını dəyişən, qətlə yetirilən azərbaycanlıların evlərində xaricdən gətirilən ermənilər məskunlaşdırılıb.

Tarixçi-alim söyləyib ki, sovet hakimiyyəti illərində tarixi Azərbaycan torpaqları qanunsuz olaraq Ermənistana verilib. Qərbi Azərbaycana sülh yolu ilə qayıdışın vacibliyinə toxunan İ.Əliyev deyib ki, bölgədə əbədi sülhün bərqərar olması üçün ümumi Qafqaz evi ideyası dəstəklənməlidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: "Çar Rusiyası məqsədli şəkildə erməniləri mühüm vəzifələrə təyin edirdi"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Mart 2025 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri