Icma.az
close
up
RU
Xronika: Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var

Xronika: Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olub.

O, soydaşlarımızın problemlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün ölkəmizin hüdudlarından kənarda Qərbi Azərbaycan mövzusunda keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, bu cür fəaliyyətlərlə Azərbaycan xalqına qarşı zaman-zaman ermənilər tərəfindən törədilmiş soyqırımı və deportasiyalar konkret faktlarla, elmi əsaslarla geniş auditoriyaya çatdırılıb.

Millət vəkilinin sözlərinə görə, Qərbi Azərbaycan İcması təmsilçilərinin iştirakı ilə indiyə kimi bir neçə xarici ölkədə bu istiqamətdə tədbirlər baş tutsa da, ötən ay Türkiyənin paytaxtı Ankarada keçirilən beynəlxalq konfrans iştirakçı sayına və gündəlikdəki mövzuya görə tamamilə fərqlənib.

Belə ki, Türkiyədən 250-ə yaxın iştirakçının, o cümlədən Türkiyə Böyük Millət Məclisi (TBMM) üzvlərinin, dövlət qurumları nümayəndələrinin, universitet rektorlarının, elm və iş adamlarının, qeyri-hökumət təşkilatlarının və media mənsublarının qatıldığı konfransda "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda geniş müzakirələr aparılıb. Beynəlxalq konfransda Qərbi Azərbaycan həqiqətləri və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı film nümayiş etdirilib, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev tərəfindən Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxunub.

Deputat F.İsmayılzadə Ankara konfransına xarici ölkələrdən tarixçi-alimlərin də dəvət olunduğunu xatırladıb. Qeyd edib ki, Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var. Millət vəkili Qərbi Azərbaycana sülh yolu ilə qayıdışın, Zəngəzur dəhlizinin açılmasının Azərbaycanın xarici siyasətində prioritet hədəflər olduğunu dilə gətirib. Deyib ki, soydaşlarımızın ata-baba yurduna dinc və ləyaqətli şəkildə qayıtması, Zəngəzur dəhlizinin açılması türk dövlətlərinin birləşməsi ilə nəticələnəcək. F.İsmayılzadə ADA Universitetində Qərbi Azərbaycana aid tədbirlərin keçirildiyini, tələbə-gənclərin bu mövzuda təşkil olunan görüşlərdə fəal iştirak etdiyini də diqqətə çatdırıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: "Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 İyun 2025 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri