Icma.az
close
up
RU
Xronika: Erməni saxtakarlığı nəticəsində dəyişdirilən Qərbi Azərbaycan toponimləri

Xronika: Erməni saxtakarlığı nəticəsində dəyişdirilən Qərbi Azərbaycan toponimləri

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Hun türk etnonimindən yaranan yaşayış məskəni" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına və addəyişmə siyasətinə məruz qalan Aşağı Türkmənli, Aşağı Xatınarx, Aşağı Xotanan, Aşağı Hunud və Aşağı Çanaxçı toponimləri haqqında məlumat verilib.

Bildirilib ki, indiki Ermənistan ərazisindəki toponimlərin əksəriyyətinin Azərbaycan mənşəli olması danılmaz faktdır.

Aşağı Türkmənli - Karpibasar mahalının Üçkilsə (sonradan Eçmiədzin) rayonunda yerləşən kənd olub. 1935-ci ildə kəndin adı Musagyuğ, yəni Musakənd olaraq dəyişdirilib.

Aşağı Xatınarx - Karpibasar mahalının Üçkilsə (sonradan Eçmiədzin) rayonunda kənd adıdır. 1670-1680-ci illərdə Çuxur-Səd bəyləribəy Səfixanın Qarasu çayından çəkdirdiyi arxın kənarında, həyat yoldaşı Xatın tərəfindən kənd salınıb və ona Xatınarx adı verilib. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamış, 1828-1829-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb. 1978-ci ildə kəndin adı Qay olaraq dəyişdirilib.

Aşağı Xotanan - Zəngəzur mahalının Qafan rayonunda kənd olub. Adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib.

Aşağı Hunud - Şəmşəddil mahalının Şəmşəddin rayonu ərazisində qışlaq adıdır. 1930-cu ildə ləğv edilib.

Aşağı Çanaxçı - Vedibasar mahalının Vedi (sonradan Ararat) rayonunda kənd olub. XX əsrin əvvəllərində ləğv edilib.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycanda erməni saxtakarlığına məruz qalan kəndlərin tarixi, deportasiya faktları və toponimlərin etimologiyası bu ərazilərin türklərə məxsus olduğunu sübut edir:

"Təbii ki, bu torpaqlar yalnız coğrafi məkan deyil, həm də Azərbaycan xalqının mədəni və tarixi kimliyinin ayrılmaz hissəsidir".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: Erməni saxtakarlığı nəticəsində dəyişdirilən Qərbi Azərbaycan toponimləri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Sentyabr 2025 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri