Icma.az
close
up
RU
Xronika: Vaşinqton anlaşması Qərbi Azərbaycan məsələsini necə dəyişdi? VİDEO

Xronika: Vaşinqton anlaşması Qərbi Azərbaycan məsələsini necə dəyişdi? VİDEO

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. Süjetdə 2026-cı ilin Qərbi Azərbaycana qayıdış prosesinin praktiki müstəvidə reallaşması ili olacağından bəhs edilir.

Bildirilir ki, Azərbaycan və Ermənistan arasında ötən ilin avqustunda imzalanan Vaşinqton anlaşmalarından sonra sülh sazişinin icrası ilə bağlı müəyyən addımlar atılır, regional kommunikasiyanın açılması, Zəngəzur dəhlizinin Ermənistan hissəsində tikinti işlərinə bu il başlanacağı gözlənilir.

Qeyd olunur ki, ABŞ rəsmilərinin son dövrlər İrəvana səfərləri Zəngəzur dəhlizinin inşaat işlərinin intensivləşdirilməsi ilə bağlıdır: "Bunun fonunda neft məhsullarının ixracı Bakı-İrəvan xəttində sülhün praktiki müstəvidə icrası kimi qəbul olunur. Ticarət münasibətlərinin yaranması, eləcə də iki ölkə arasında etimad quruculuğu istiqamətində atılan addımlar yekun sülh müqaviləsini daha da yaxınlaşdırır. Fevralda ABŞ-dən yüksəksəviyyəli rəsminin Ermənistana səfəri gözlənilir və məqsəd Ermənistanda ABŞ siyasətinin həyata keçirilməsi, eləcə də Zəngəzur dəhlizi olacaq".

Diqqətə çatdırılır ki, Ermənistanda parlament seçkisi bu ilin iyun ayında keçiriləcək və İrəvanda seçkidən sonra azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının əsas gündəm olacağını düşünürlər.

"Yerevan today" saytının redaktoru Sevak Akobyan, jurnalist Akob Badalyan Azərbaycanın Ermənistana neft məhsullarını ixrac etməsindən yazır və qeyd edirlər ki, prosesin sonunda azərbaycanlıların qayıdışı reallaşacaq: "Paşinyan seçkidə qalib gəldikdən sonra yeni konstitusiyanı qəbul etdirəcək və azərbaycanlıların Ermənistana, Qərbi Azərbaycana qayıdışına start veriləcək. Azərbaycanın əsas planları arasında Göyçə gölünün suyundan, eləcə də Zəngəzur bölgəsindəki yeraltı sərvətlərdən birgə istifadə etməyə nail olmaqdır. Nikol Paşinyan və İlham Əliyev azərbaycanlıların qayıdışı da daxil olmaqla bu məsələlərdə razılaşacaqlar".

Sonda vurğulanır ki, bütün bunlar 2026-cı ilin Qərbi Azərbaycana qayıdış məsələsində həlledici dövr olduğunu deməyə əsas verir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Yanvar 2026 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri