Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

XTNSdəki “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam Cahid Camalın fərdi sərgisi açılıb VİDEO AZƏRTAC

XTNSdəki “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam Cahid Camalın fərdi sərgisi açılıb VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Moskva, 15 noyabr, AZƏRTAC

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda MBA-MOSCOW bankının dəstəyi ilə “Cahid Camal: Azərbaycan mənim ruhumdur” adlı fərdi sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, professor Cahid Camal Rusiyanın Əməkdar rəssamı, SSRİ, Azərbaycan, Rusiya və Monqolustan Rəssamlar İttifaqının, Moskva Rəssamlar İttifaqının və Beynəlxalq İncəsənət Fondunun üzvüdür.

Sərgini giriş sözü ilə açan “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova qeyd edib ki, Cahid Camal 1928-ci ildə Qarabağda, Ağdam rayonunun Gülalı kəndində anadan olub və Azərbaycan həmişə onun yaradıcılığının əsas istiqaməti olaraq qalıb. “Bugünkü sərginin müəllifi Qarabağ xanlığının hökmdarlarından birinə aid olan qədim azərbaycanlı ailəsindəndir. Bu gün burada rəssamın Qarabağa həsr olunmuş əsərləri - ilk dəfə olaraq ictimaiyyətə təqdim olunan və onun tarixi vətəninə sevgisini əks etdirən “Qarabağnamə” silsiləsi nümayiş olunur. Rəssam uzun müddət Monqolustanda yaşayıb və bu ölkəyə, onun köçəri xalqlarına çoxlu sayda əsər həsr edib. Camal həm də bu gün onun şəxsi sərgisini keçirdiyimiz XTNS-də “Azərbaycan” pavilyonunun baş rəssamı olub”, - deyə Səadət Qədirova bildirib. O xatırladıb ki, Cahid Camal İslam dünyasının məşhur siyasi və ictimai xadimi, filosof və şair Heydər Camalın atasıdır.

Ölkəmizin Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev çıxışında Azərbaycanın dünyaya çoxlu istedadlı insanlar bəxş etdiyini vurğulayıb. “Cahid Camal üç ölkədə - Azərbaycanda, Rusiyada və Monqolustanda fəal işləyib. Bu təəccüblü deyil, çünki Azərbaycanın mədəniyyət və incəsənət xadimləri öz əsərlərində həmişə müxtəlif xalqların mədəniyyətini birləşdiriblər. Bu, bizim dünyamızdır, həm də Azərbaycan sivilizasiyasıdır və Cahid Camal onun ən parlaq nümayəndələrindən biri olub”, - deyə səfir vurğulayıb.

R.Mustafayev, həmçinin Azərbaycan mədəniyyətinə maraq göstərdiklərinə görə bütün iştirakçılara təşəkkürünü bildirib. “Azərbaycan pavilyonu Səadət Qədirovanın sayəsində mədəniyyət mərkəzinə çevrilib. Moskvalılar, paytaxtın qonaqları, Azərbaycanı sevənlər, ölkəmizlə dost olanlar buraya gəlirlər. Azərbaycanla Rusiya arasında münasibətlərin yeni, müttəfiqlik səviyyəsinə yüksəldiyi bir vaxtda “Azərbaycan” pavilyonu daha da böyük əhəmiyyət kəsb edir”, - deyə səfir qeyd edib.

Politoloq Sergey Markov Cahid Camalın əsərlərindəki parlaq rənglərə diqqət çəkib. “Kətanlardakı bu parlaq rənglər, eyni zamanda, “Azərbaycan” pavilyonundakı mehriban ünsiyyət bizim üçün soyuq noyabr günlərini işıqlandırır. Biz Cahid Camalın sərgisinə böyük məmnuniyyətlə gəldik, çünki Azərbaycan mədəniyyətini bəyənirik və minnətdarıq ki, “Azərbaycan” pavilyonu Rusiya ictimaiyyətini belə rəssamların yaradıcılığı ilə mütəmadi tanış edir”, - deyə S.Markov bildirib.

Cahid Camalın əsərlərinin kuratoru Svetlana Fedotova rəssamın Azərbaycana həsr etdiyi rəsmlərinin əksəriyyətinin ilk dəfə sərgiləndiyini diqqətə çatdırıb. “Moskvada yaşamasına baxmayaraq, Cahid Camalın rəsmləri onun Azərbaycana olan sevgisini ifadə edir. Rəssamın Qarabağa həsr etdiyi əsərlər heyranedicidir. O, bu rəsmlərdə işğal zamanı bir çoxu dağıdılmış küçələri və evləri əks etdirib”, -deyə S.Fedotova qeyd edib.

Sərgidə rəssamın 50-yə yaxın əsəri nümayiş olunur. Sərgidə “Kəlbəcər”, “Şuşa”, “Natəvan”, “Qaçaq Nəbi” və digər rəsm əsərləri ziyarətçilərin xüsusi marağına səbəb olub.

Cahid Camal 1928-ci ildə Qarabağda, Ağdam rayonunun Gülalı kəndində anadan olub, Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunu bitirib. O, Bolşoy Teatrda rəssam kimi təcrübə keçib. Cahid Camal 1952-ci ildə Azərbaycan Opera və Balet Teatrı üçün Üzeyir Hacıbəylinin “Koroğlu” operasının dekorasiya eskizlərini yaradıb, XTNS-də “Azərbaycan SSR” pavilyonunun baş rəssamı, “Soyuzmultfilm”də animator və digər vəzifələrdə çalışıb. Ulan-Batorda Dövlət Pedaqoji İnstitutunun Qrafika kafedrasında məsləhətçi-müəllim işləyib.

Cahid Camalın əsərlərinə Dövlət Rus Muzeyində, Dövlət Şərq İncəsənəti Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Gəncə Tarix-Diyarşünaslıq Muzeyində, Ulan-Batordakı Tsedenbal Muzeyində, Kalmıkiya Milli Muzeyində, həmçinin Rusiyada və xaricdəki şəxsi kolleksiyalarda rast gəlmək olar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri