Icma.az
close
up
RU
XTQ: Dağlardan Şuşaya uzanan döyüş yolu

XTQ: Dağlardan Şuşaya uzanan döyüş yolu

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 27 il ötdü.

Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ müharibəsində iştirak etmiş 36 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə, 2 nəfər “Zəfər” ordeni ilə, 57 nəfər isə “Qarabağ” ordeni ilə təltif olunub.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xüsusi təyinatlı qüvvələrin Azərbaycanda formalaşması Birinci Qarabağ müharibəsindən sonrakı dövrün tələbləri ilə birbaşa bağlıdır. Ölkənin mürəkkəb relyefi və hərbi şəraiti xüsusi hazırlıqlı, yüksək peşəkarlığa malik, həm fiziki, həm də psixoloji cəhətdən dayanıqlı bölmələrin yaradılmasını zəruri edirdi. Bu ehtiyacın nəticəsi olaraq 1999-cu ildə xüsusi təyinatlı qüvvələrin yaradılması barədə qərar qəbul olundu.

Lakin bu sahənin kökləri daha əvvələ gedib çıxır. Birinci Qarabağ müharibəsi dövründə də xüsusi tapşırıqları yerinə yetirən, lakin formal olaraq xüsusi təyinatlı statusu daşımayan hərbi heyətlər mövcud idi. Sovet ordusunda xidmət etmiş, Əfqanıstan müharibəsində iştirak etmiş təcrübəli hərbçilər o dövrdə pərakəndə şəkildə kəşfiyyat və xüsusi əməliyyat xarakterli tapşırıqları icra edirdilər.

Dünyanın demək olar ki, bütün müasir ordularında xüsusi təyinatlı qüvvələr mövcuddur və hərbi əməliyyatların xarakteri dəyişdikcə bu bölmələrin rolu da artır.

Azərbaycan da bu prosesdən kənarda qalmadı və zamanla xüsusi təyinatlıların formalaşması qaçılmaz zərurətə çevrildi.

Ekspert hesab edir ki, bu inkişafda Türkiyə ordusunun təcrübəsi xüsusi rol oynayıb. NATO-nun ən güclü ordularından biri olan Türkiyənin komando və xüsusi təyinatlı birlikləri Azərbaycan üçün mühüm örnək oldu. Eyni zamanda bir sıra xarici ölkələrlə hərbi əməkdaşlıq çərçivəsində əldə edilən təcrübə də bu prosesə töhfə verdi.

“Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin formalaşmasında və inkişafında həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin xüsusi diqqət və tapşırıqları mühüm rol oynadı. Bu sahədə məqsədyönlü inkişaf strategiyası həyata keçirildi və nəticədə çevik, peşəkar və müasir standartlara cavab verən xüsusi təyinatlı birliklər formalaşdı.

Xüsusi təyinatlıların inkişafında Quru Qoşunlarının komandanı, Vətən müharibəsi qəhrəmanı general-polkovnik Hikmət Mirzəyevin rəhbərliyi də xüsusilə qeyd olunur. Onun rəhbərliyi altında bu qüvvələrin döyüş hazırlığı və əməliyyat imkanları daha da genişləndirildi.

Zamanla xüsusi təyinatlıların hazırlıq sistemi də dəyişdi. Əvvəllər daha çox fiziki gücə əsaslanan hazırlıq modeli bu gün yüksək texnoloji biliklər, rəqəmsal sistemlər və müasir döyüş vasitələrinin istifadəsi ilə tamamlanır. Müasir xüsusi təyinatlı artıq həm döyüşçü, həm analitik, həm də texnoloji vasitələrdən istifadə edən peşəkar hərbçidir”, – deyə polkovnik vurğulayıb.

O deyib ki, Azərbaycan xüsusi təyinatlıları ilk böyük sınaqlarından birini Aprel döyüşlərində verdi. Qısa müddət ərzində həyata keçirilən əməliyyatlar nəticəsində mühüm mövqelərin ələ keçirilməsi onların döyüş qabiliyyətini nümayiş etdirdi. Bu hadisələrdən sonra xüsusi təyinatlı bölmələrin daha da genişləndirilməsi və strukturunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı.

Sonrakı dövrlərdə keçirilən irimiqyaslı hərbi təlimlərdə xüsusi təyinatlılar digər qoşun növləri ilə birgə fəaliyyət göstərərək öz döyüş koordinasiyasını daha da gücləndirdi. PUA-lar, kəşfiyyat sistemləri və müasir texniki vasitələrin istifadəsi onların əməliyyat imkanlarını yeni mərhələyə çıxardı.

Polkovnik hesab edir ki, bu gün Azərbaycan xüsusi təyinatlıları yüksək hazırlıq səviyyəsi, çevikliyi və müasir döyüş texnologiyalarına inteqrasiyası ilə regionun ən peşəkar hərbi qüvvələrindən biri kimi qiymətləndirilir.

“Ərazilər dağlıq və meşəlik olduğu üçün xüsusi təyinatlıların bu cür şəraitdə fəaliyyət göstərməsi üçün xüsusi proqram üzrə təlimlərin keçirilməsi vacib idi. Vətən müharibəsinə qədər də xüsusi təyinatlılarımız dağlıq ərazilərdə, dağ zirvələrinin aşılması və döyüş əməliyyatlarının aparılması istiqamətində yüksək hazırlıq keçmişdilər. Bu təlimlər zamanı peşəkar dağçılar, o cümlədən Türkiyədən gətirilən mütəxəssislər də iştirak edirdi.

Buna görə də Şuşa əməliyyatı öncəsi xüsusi təyinatlılar sıldırım qayalıqlar və gözlənilməz istiqamətlərdən qalxaraq qalaya daxil olmaq üçün xüsusi hazırlıq keçmişdilər. Hətta Şuşaya bənzər ərazilərdə illər əvvəl də bu cür təlimlər həyata keçirilirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev xüsusi təyinatlıların hazırlığına daim diqqət göstərmiş, onların bütün ehtiyaclarının dövlət tərəfindən təmin olunmasını təmin etmişdir”, – deyə polkovnik hesab edir.

Onun fikrincə, bu amillər xüsusi təyinatlıların inkişafına böyük təkan vermişdir. Onlar müxtəlif beynəlxalq yarışlarda və təlimlərdə iştirak edərək yüksək nəticələr göstərmişlər. Vətən müharibəsindən əvvəl Türkiyədə 28 ölkənin qatıldığı yarışda

Azərbaycan xüsusi təyinatlıları birinci yerə layiq görülmüşdülər ki, bu da onların peşəkarlığının göstəricisi idi.

Azərbaycan xüsusi təyinatlıları Vətən müharibəsinə qədər də dünyanın ən güclü xüsusi təyinatlıları sırasında yer alırdı. Müharibə zamanı onların göstərdiyi qəhrəmanlıq və peşəkarlıq isə bu statusu daha da möhkəmləndirdi və xalqın qürur mənbəyinə çevrildi.

Vətən müharibəsindən sonra xüsusi təyinatlıların inkişafı davam etdirildi, onların sayının artırılması və yeni komanda bölmələrinin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən tapşırıqlar verildi və bu istiqamətdə işlər həyata keçirildi.

“Xüsusi təyinatlılar 2023-cü ildə keçirilən antiterror əməliyyatlarında da yüksək peşəkarlıq göstərərək Azərbaycanın suverenliyinin tam bərpasında mühüm rol oynadılar. Eyni zamanda Kəlbəcər istiqamətində və Zod ərazisində düşmən təxribatlarının qarşısını alaraq mühüm əməliyyatlar həyata keçirdilər.

Ümumilikdə, xüsusi təyinatlı qüvvələr həm Vətən müharibəsinə qədər, həm də ondan sonra qarşıya qoyulan bütün tapşırıqları şərəf və qəhrəmanlıqla yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasında mühüm rol oynayırlar. Bu gün də onlar döyüş hazırlığını və peşəkarlığını artırmaqla xidmətlərini davam etdirirlər.

Şəhidlərimizin əziz xatirəsi ehtiramla anılır, qazilərə və veteranlara cansağlığı və uzun ömür arzulanır. Sırada xidmət edən şəxsi heyətə isə daha yüksək döyüş qabiliyyəti və uğurlar dilənir”, – deyə polkovnik bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 May 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri