Şuşaya uzanan ehtiram yolu
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “AzərGold” QSC-nin dəstəyi ilə şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub. Səfərdə 40-a yaxın şəhid ailəsi üzvü iştirak edib.
Bu ziyarət sadəcə tarixi şəhərlə tanışlıq deyil, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə ehtiramın ifadəsi, onların ailələrinə göstərilən diqqət və qayğının təzahürü olub. Şəhidlərimizin qanı ilə azad edilən Şuşanı görmək, bu torpağın hər daşında yaşanan tarixi duymaq iştirakçılar üçün unudulmaz anlara çevrilib.
Səfər çərçivəsində şəhid ailələri Şuşanın zəngin tarixi, mədəni və memarlıq irsi ilə tanış olub, şəhərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərini yaxından izləyiblər. İştirakçılar Cıdır düzündə olub, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Yuxarı Gövhər Ağa məscidini, Şuşa qalasını, İsa bulağını və digər tarixi-mədəni abidələri ziyarət ediblər.
Şuşanın qoynunda keçirilən bu gün şəhid ailələrinin yaddaşında həm qürur, həm də kövrək duyğularla qalacaq. Onlar hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayaraq, göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Baxış sayı:120
Bu xəbər 29 Sentyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















