Icma.az
close
up
RU
“Xuliqan” qardaşların hökmü LƏĞV EDİLDİ

“Xuliqan” qardaşların hökmü LƏĞV EDİLDİ

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkrəm Babayev və onun qardaşı Səfər Babayevin (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya protesti təmin edilib, hər iki şəxsin bəraət verilməsinə dair Tərtər Rayon Məhkəməsinin hökmü ləğv edilib. İş üzrə ittiham hökmü çıxarılıb. Əkrəm Babayevə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib, Səfər Babayevə isə şərti cəza verilib.


İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Əkrəm Babayev 15 dekabr 2024-cü il tarixdə saat 14 radələrində qardaşı Səfər Babayevlə birlikdə qabaqcadan əlbir olmadan bir qrup şəxs halında xuliqanlıq hərəkətləri törədib.
Hadisə Tərtər şəhəri, Nəriman Nərimanov küçəsində baş verib. Belə ki, Tərtər şəhər sakini olan zərərçəkmiş Yusif Dəmirovun (adı, soyadı şərtidir) qohumuna məxsus əl çantası Səfərə məxsus “Mercedes Benz 410” markalı mikroavtobusda qalıb.
Bu səbəbdən zərərçəkmiş Əkrəmə yaxınlaşaraq həmin çantanı istəyib. Bundan sonra təqsirləndirilən şəxslər ictimai yer olmasına baxmayaraq ətrafdakı şəxslərin mövcudluğuna əhəmiyyət vermədən ictimai qaydanı kobud şəkildə pozublar.
 

Məlumata görə, qardaşlar uca səslə nalayiq ifadələr işlədərək, cəmiyyətdə qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı açıq hörmətsizlik nümayiş etdiriblər. Onlar zor tətbiqi ilə müşayiət olunan hərəkətlər edərək Yusif və onun oğlu Raufla mübahisə və dava salıblar. Dava zamanı Əkrəm Yusifin sifət və qulaq nahiyəsinə yumruqla bir neçə dəfə qəsdən zərbə endirib. Nəticədə onun sağ qulaq seyvanının xarici hissəsində sıyrıq xəsarətləri yetirilib.


Ekspertiza rəyinə əsasən, həmin xəsarətlər sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri kimi qiymətləndirilib.
İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olmadan bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri törədiblər. (Pravda.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Yanvar 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri