Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Xüsusi hiss: Qarşılıqlı etimadın doğurduğu fövqəladə duyğu

Xüsusi hiss: Qarşılıqlı etimadın doğurduğu fövqəladə duyğu

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

İlham Əliyev: Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir

Hazırda Azərbaycan özünü dünyaya güclü və hər cəhətdən nümunəvi bir dövlət kimi təqdim edir. 2020-ci ildən bəri ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etməklə son 200 illik tariximizin ən böyük qələbələrini qazanmışıq. Bu gün Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan  həm də beynəlxalq səviyyədə əməkdaşlığa, həmrəyliyə, təhlükəsizliyə sanballı töhfələr verən qlobal aktor kimi qəbul olunur.

Eyni zamanda, ölkəmizə və onun Liderinə dünya miqyasında böyük hörmət və inam bəslənilir. Biz görürük ki, qlobal güc mərkəzləri belə respublikamızın qətiyyətli mövqeyi ilə hesablaşırlar. Bəs bunun sirri nədədir? Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına  geniş müsahibəsində jurnalistin bu xüsusda Ona ünvanladığı “Coğrafi cəhətdən kiçik, amma qalib və güclü bir dövlətin Prezidenti olmaq necə hissdir?”sualına cavabında ölkəmizin uğur formuluna diqqət çəkib.

Məsuliyyət və şərəf

Dövlətimizin başçısının jurnalistin sualına cavabından da bəlli olduğu kimi, uğurlarımızın əldə olunmasında hansısa bir sirr də yoxdur. Cavabında iki mühüm məqamı xüsusi vurğulayan Prezident İlham Əiyev “Necə deyim sizə, birincisi, böyük məsuliyyətdir. İlk növbədə, mən öz vəzifəmə bax, belə yanaşıram, hər gün, hər saat, gecə-gündüz. İkincisi, böyük şərəfdir”, - deyə bildirib.

İkinci Qarabağ müharibəsinədək biz ərazilərimizin 20 faizinin işğal altına düşməsinin məyusluğunu yaşayırdıq. Bu hiss bizi mənəvi cəhətdən əzirdi, nisgilli idik, fikrimizdə daim tarixi torpaqlarımızı, babalarımızın ruhları dolaşan yurd yerlərimizi geri qaytarmaqla bağlı xəyallar qururduq.  Bizi sıxan həm də beynəlxalq təşkilatların ədalətsiz yanaşmaları idi. Təcavüzə məruz qalmağımıza baxmayaraq, bizi haqsız hesab edirdilər. Dünya sanki ermənilərin saxta miflərinin əsrinə çevrilmişdi. Təbii ki, bütün bunlar bir tərəfdən hər birimizə  mənəvi əzab verir, digər tərəfdən də bizi hiddətləndirirdi.

Qalib və güclü dövlətin vətəndaşı olmaq isə tamam fərqli bir hissdir. Bu, başda ölkə rəhbərinin özü olmaqla bizim hamımız üçün son dərəcə böyük şərəfdir. Tarixi zəfərimizdən sonra Azərbaycan cəmiyyətinin ovqatı tamam dəyişib. İndi biz son dərəcə qürurluyuq. Çünki özümüzü təsdiqləyə, ermənilərin saxta miflərini dağıtmağa, tarixi ədaləti və beynəlxalq hüququ öz gücümüzlə təmin etməyə nail olmuşuq. Böyük qələbələrimizi heç kəs bizə hədiyyə etməyib. Bu qələbələri qəhrəman övladlarımız  bilavasitə döyüş meydanlarında qazanıblar. Biz döyüşməyi bacaran və torpağına bağlı olan xalq olduğumuzu təsdiqləmişik. Ermənilərin özlərinin də bildirdikləri kimi, İkinci Qarabağ müharibəsi günlərində Ermənistan ordusunda 11 mindən çox fərari qeydə alınıb. Onlar mövqelərini, hərbi sursatlarını qoyaraq qaçıblar. Azərbaycan  tərəfində isə bir nəfər də olsun fərarilik etməyib, əksinə hər kəs döyüşlərə can atıb. Budur, bizim xalqımızın mənəvi siması!

Azərbaycanın uğur formulunun ən mühüm amillərindən biri xalqın Lider seçiminin doğru olmasıdır. Respublikamızda Prezident öz yerindədir, O, prioritet hədəflərə çatmaqdan ötrü strateji qərarlar qəbul edir, siyasətində ardıcıl və praqmatikdir. Bir şey aydındır ki, əgər dövlətimizin başçısının son dərəcə yüksək məsuliyyəti, gecikmədən və tələsmədən verdiyi mühüm qərarlar olmasaydı, qısa müddətə ölkəmizi bu qədər gücləndirə və möhtəşəm qələbələrə imza ata bilməzdik. Prezident İlham Əliyevin uzaqgörən, ümummilli məsələlərə kifayət qədər həssas münasibət bəsləyən Lider olduğunu Onun Vətən müharibəsinədək olan dövrdə - 17 il ərzində keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması əyani şəkildə təsdiqləyir. Dövlətimizin başçısı bəhs olunan dövrdə xarici təzyiqlərə baxmayaraq, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllini ölkəmizin gündəliyinin mərkəzində saxlamağa nail oldu. Prezident İlham Əliyev davamlı şəkildə ölkəmizin hər cəhətdən güclənməsinə, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatının möhkəmləndirilməsinə çağırışlar edirdi və bu məqsədlə praktiki müstəvidə zəruri tədbirlərin görülməsini bilavasitə şəxsi nəzarəti altında saxlayırdı. Bəhs olunan dövrdə ölkəmizdə dövlət başçımızın siyasi iradəsi sayəsində davamlı iqtisadi inkişaf üçün zəruri olan bütün şərtlər təmin edildi . O cümlədən respublikamızın artan iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə Silahlı Qüvvələrin maddi-texniki təchizatı möhkəmləndirildi, döyüş hazırlığı yüksək səviyyəyə çatdırıldı.  Bütün bunlar da tarixi qələbələrimizin açarı oldu.

Sarsılmaz xalq-iqtidar vəhdəti

İlham Əlievin 2003-cü ildən bəri apardığı siyasət həmişə nəticəyönümlü olub və yüksək vətəndaş məmnunluğunu təmin edib. Prezident İlham Əliyevi dövlət başçısı kimi fərqləndirən əsas cəhətlərdən biri Onun öz məsuliyyətini xalqa xidmət etməkdə görməsidir. O, 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içəndə demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Oldu da. Əlbəttə, dövlət başçısı olması İlham Əliyevdən özünəməxsus davranış qaydaları sərgiləməyi tələb edir. Lakin biz İlham Əliyevin vəzifə məsuliyyətinin bütün miqyasını dərk edərək verdiyi qərarlarda, atdığı addımlarda son dərəcə sərrast olması, zamanında hədəfi, strateji məqsədləri düzgün müəyyənləşdirməsi ilə yanaşı, cəsarətlə dövlət siyasətinə xəliqilik elementləri qatmasını da müşahidə edirik. Ölkənin strateji inkişaf kursu, prioritetləri müəyyənləşdirlərkən konseptual yanaşmalarla paralel şəkildə, cəmiyyətdən gələn sosial sifarişlər də mütləq qaydada nəzərə alınır ki, bu da aparılan siyasətin yüksək səmərəliliyini şərtləndirir.

Öz növbəsində, müdrik Azərbaycan xalqı da həmişə dövlət başçımıza güvənib və bütün məsələlərdə Ona dəstək verib. Prezident İlham Əliyev xalqın, birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Azərbaycan xalqı dövlət başçımıza böyük inamını 2024-cü il fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə ölkənin bütün ərazisində keçirilən Prezident seçkilərində bir daha təsdiqlədi. Son Prezident seçkilərində seçici fəallığının kifayət qədər yüksək olduğu bir şəraitdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin səslərin 92,12 faizini toplaması düşünmək üçün əsaslar verir. Niyə məhz İlham Əliyev? Qatıldığı bütün Prezident seçkilərində, o cümlədən də fevralın 7-də seçicilərin mütləq əksəriyyətinin səsini qazanması İlham Əliyevin bir Lider kimi böyük üstünlüyü və xoşbəxtliyidir. Bu, o anlama gəlir ki, xalq Liderin apardığı siyasətdən məmnundur və bu siyasətin gələcəkdə də davam etdirilməsini arzulayır. Ölkəmizdəki sarsılmaz xalq-iqtidar vəhdətinə məmnunluq hissi ilə vurğu edən Prezident İlham Əliyev “Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir. Dörd il keçməsinə baxmayaraq, hələ ki, bunu tam anlamaq çətindir. Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm”, - deyə bildirib.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see224

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see191

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see172

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see169

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see127

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri