Icma.az
close
up
RU
Qarşılıqlı etimad xüsusi məsuliyyət tələb edir!

Qarşılıqlı etimad xüsusi məsuliyyət tələb edir!

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Türkiyə dövləti və cəmiyyəti Azərbaycana qarşı saxta kampaniyalar aparanlara qarşı əməli addımlar atmalıdır

Azərbaycanın yerləşdiyi coğrafi məkan onu yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının təhlükəsizlik və kommunikasiya sistemində mühüm aktora çevirir. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, enerji layihələrində iştirakı, regional əməkdaşlıq təşəbbüsləri və qonşu dövlətlərlə qurduğu münasibətlər bu əhəmiyyəti daha da artırır. Bu mənzərədə Azərbaycan-Türkiyə münasibətləri xüsusi yer tutur. İki ölkə arasında formalaşmış müttəfiqlik əlaqələri siyasi, iqtisadi, hərbi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha yüksək mərhələyə yüksəlməsinə imkan verib.

Azərbaycan və Türkiyənin münasibətləri yalnız dövlətlərarası əlaqələrin klassik çərçivələri ilə məhdudlaşmır - qarşılıqlı etimada, tarixi və mənəvi yaxınlığa əsaslanan bu münasibətlər regional sabitlik və təhlükəsizlik baxımından da mühüm faktor kimi çıxış edir. İki dövlətin birgə fəaliyyəti regionda əməkdaşlığa əsaslanan yeni ab-havanın formalaşmasına, qarşılıqlı maraqların uzlaşdırılmasına və təhlükəsizlik çağırışlarına daha çevik yanaşmaların meydana gəlməsinə şərait yaradır. Məhz buna görə Azərbaycan-Türkiyə müttəfiqliyi yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə regionun gələcək təhlükəsizlik arxitekturasının mühüm elementlərindən biri kimi qiymətləndirilir. Bu mənada, Azərbaycanın iqtisadi-siyasi dəstəyi daha böyük mənada dəyərləndirilməlidir - belə ki, Azərbaycanın formalaşdırdığı yeni enerji layihələri, yeni yol xəritələri bu iki qardaş dövlətin Qərbdən Şərqə imkanlarını genişləndirir.

Azərbaycan-Türkiyə: dövlətlərarası əlaqələrdən daha geniş məna daşıyan qardaşlıq

Qeyd edildiyi kimi, Azərbaycan və Türkiyə iki müstəqil, suveren və bərabərhüquqlu dövlət kimi öz münasibətlərini qarşılıqlı hörmət və etimad, qardaşlıq prinsipləri üzərində qurub. Bu əlaqələrin fərqləndirici xüsusiyyəti isə yalnız siyasi və diplomatik münasibətlərin yüksək səviyyəsi deyil, xalqlar arasında mövcud olan tarixi, mənəvi və mədəni bağlılığın dövlətlərarası əməkdaşlığa möhkəm dayaq yaratmasıdır. Azərbaycan və Türkiyə münasibətləri müxtəlif tarixi mərhələlərdə sınaqlardan keçib və hər iki ölkənin çətin məqamlarında qarşılıqlı dəstəyin nümayiş etdirilməsi bu bağlılığın real mahiyyətini ortaya qoyub.

Bu münasibətlərdə əsas məqamlardan biri də dövlətlərin bir-birinin müstəqilliyinə və milli maraqlarına hörmət etməsidir. Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq illər ərzində müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Cəmiyyətlərin bir-birinə münasibəti, qarşılıqlı etimad və həmrəylik də mühüm rol oynayır. Bu baxımdan Azərbaycan-Türkiyə qardaşlığı yalnız keçmişdən gələn mənəvi dəyər deyil, eyni zamanda müasir dövrün regional çağırışlarına cavab verən strateji əməkdaşlıq modelidir.

Əsassız iddialara, saxta kampaniyalara qarşı məsuliyyətli yanaşma...

Azərbaycan-Türkiyə münasibətlərinin bu qədər geniş və çoxşaxəli xarakter daşıdığı bir şəraitdə ictimai informasiya məkanında yayılan məlumatların məsuliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf doğuran məqamlardan biri odur ki, bəzən Türkiyənin media məkanında, xüsusilə sosial şəbəkələrdə iki ölkə arasındakı münasibətlərə dair əsassız, qərəzli və faktlara söykənməyən iddialara rast gəlinir. Ayrı-ayrı şəxslərin və ya sosial media hesablarının yaydığı belə məlumatlar hüquqi, diplomatik və etik çərçivələrə uyğun gəlməməklə yanaşı, ictimai rəydə yanlış təsəvvürlərin yaranmasına da səbəb ola bilər. Bu kimi məsuliyyətsiz paylaşımlar və ya informasiyaların ictimai münasibətlərə mümkün təsiri də nəzərdən qaçırılmamalıdır.

Azərbaycan və Türkiyə arasında qarşılıqlı etimad uzun illər ərzində formalaşıb və bu etimadın qorunması həm dövlət institutlarının, həm media subyektlərinin, həm də ictimaiyyət nümayəndələrinin məsuliyyətli davranışını tələb edir. Xüsusilə sosial medianın informasiya proseslərinə təsirinin artdığı bir dövrdə yoxlanılmamış məlumatların, manipulyativ fikirlərin və qarşı tərəfdə narazılıq yaratmağa hesablanan iddiaların yayılmasına ehtiyatla yanaşmaq vacibdir.

Azərbaycan və Türkiyə arasında mövcud strateji müttəfiqlik, tarixi bağlılıq və qarşılıqlı etimad bu münasibətlərin qorunmasına xüsusi məsuliyyət yaradır. Bu səbəbdən hər iki ölkənin ictimai informasiya məkanında qardaşlıq əlaqələrinə xələl gətirə biləcək əsassız yanaşmalara qarşı daha məsuliyyətli mövqe nümayiş etdirilməsi qarşılıqlı münasibətlərin sağlam inkişafına xidmət edə bilər.

Kampaniyanın məqsədi Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almaqdır...

Qeyd edək ki, Azərbaycanın Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası bu məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, komissiya son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasını öz səlahiyyətləri çərçivəsində araşdırıb. Monitorinqlər nəticəsində müəyyən edilib ki, bəlli mərkəzlər tərəfindən başladılan bu kampaniyanın məqsədi Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almaqla yanaşı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarımızda dövlətimizə və onun institutlarına qarşı inamsızlıq, habelə cəmiyyətdə qütbləşmə yaratmağa hesablanıb. Eləcə də kampaniya əlaqələndirilmiş formada, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə aparılır: “Təəssüf hissi ilə qeyd etməliyik ki, “bir millət, iki dövlət” prinsipinə daim sadiq qalan Azərbaycan və Türkiyə cəmiyyətlərində bir sıra saf niyyətli insanlar da bu məkrli kampaniyaya dəstək verirlər. Eyni zamanda, Türkiyə Respublikasının qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratmasına baxmayaraq, kampaniya hələ də davam edir. O da qeyd olunmalıdır ki, əlaqələndirilmiş informasiya kampaniyasının iştirakçıları ilə bağlı Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına məlumatlar təqdim ediləcək. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya bu cür həssas dönəmdə vətəndaşlarımızı və Türkiyədəki qardaşlarımızı diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır”.

Müttəfiqliyə xələl gətirmək istəyənlərə meydan verilməsi qəbuledilməzdir

Məsələ ilə bağlı Media və Yayım Şurası da bəyanat yayıb. Bəyanatda bildirilib ki, iki qardaş ölkənin münasibətlərinin yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti nəzərə alınmaqla, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən qısa fasilələrlə davamlı xarakter daşıması, qərəzli iddiaların, dezinformasiyaların çox rahatlıqla yayılması və buna qarşı heç bir tədbir görülməməsi təəssüf doğuran və yolverilməz hal kimi qiymətləndirilir: “Sözügedən paylaşımlar ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsləri deyil, müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən, bəlli dairələr tərəfindən idarə olunan məqsədyönlü kampaniyanın tərkib hissəsidir. Bu kimi hallar hüquqi və etik çərçivələrə sığmamaqla yanaşı, Türkiyə Respublikasının qanunvericiliyinin tələblərinə də ziddir. Hesab edirik ki, digər müvafiq hallarda olduğu kimi, həssas yanaşma və qanunvericiliyin tələblərinin icrası Azərbaycana münasibətdə də özünü göstərməlidir.

Azərbaycan tərəfi Türkiyə mediasında və sosial media seqmentində baş verən prosesləri diqqətlə izləyir, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən qarayaxma kampaniyasının təşkilatçıları və icraçılarının ölkəmizə girişinin məhdudlaşdırılması imkanının nəzərdən keçirilməsi istisna edilmir. İctimaiyyətimiz iki dövlət və xalq arasında formalaşmış tarixi, siyasi və mənəvi bağlılığa, qarşılıqlı etimada və strateji müttəfiqliyə xələl gətirmək istəyənlərə meydan verilməsini qəbuledilməz hal hesab edir və belə cəhdlərin qarşısının alınması istiqamətində əməli addımlar atılmasını gözləyir”.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Sentyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see268

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see253

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

FHN kollektivi Zəfər parkında Fotolar+Video

27 Sentyabr 2026 16:17see161

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri