Xüsusi nümayəndə: Zəngəzur dəhlizinin açılması Naxçıvan üçün tarixi təcridin ləğvi olacaq
Icma.az, Apa.az saytına istinadən bildirir.
Naxçıvan nəqliyyat dəhlizi üçün hazır vəziyyətə gətirilməlidir.
APA xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
O bildirib ki, Zəngəzur dəhlizi açılandan sonra Naxçıvanın tarixi təcridi bitəcək: “Zəngəzur dəhlizi həm də Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə həyata keçirməsinə kömək edəcək. Bu dəhliz Azərbaycanın iqtisadi gücünü artıracaq yeni mərhələnin başlanğıcı olacaq”.
Fuad Nəcəfli qeyd edib ki, Naxçıvan sakinləri Azərbaycanın əsas hissəsi ilə maneəsiz gediş-gəlişin təmin olunacağı günün yaxınlaşmasından böyük sevinc hissi duyur: “Azərbaycan qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün yeni dövrün başlanğıcı, Naxçıvan üçün isə tarixi təcridin ləğvi olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 26 Avqust 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















