Icma.az
close
up
RU
Xüsusi nümayəndə Zəngəzur dəhlizindən danışdı

Xüsusi nümayəndə Zəngəzur dəhlizindən danışdı

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Yenidənqurma prosesinin strateji baxımdan ən mühüm istiqamətlərindən biridir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev WUF çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən Dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.

O bildirib ki, tarixən İpək Yolu üzərində yerləşən bu ərazi Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayıb:

"Bu gün Qarabağ və Şərqi Zəngəzur şərq-qərb və şimal-cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı vasitəsilə yenidən əsas regional bağlantı mərkəzinə çevrilir. Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini bərpa etməyəcək, həm də şərq-qərb və şimal-cənub beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən strateji bir xətt rolunu oynayacaq.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra bu layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb. Bildiyiniz kimi, Horadiz–Ağbənd avtomobil yolu artıq tikilir və demək olar ki, tamamlanmaq üzrədir. Eyni zamanda Horadiz–Ağbənd dəmir yolu xətti də yekunlaşmaq üzrədir.

Zəngəzur dəhlizinin reallaşdırılması regionda dairəvi dəmir yolu şəbəkəsi yaradacaq və Azərbaycanın illik yükdaşıma potensialını təxminən 15 milyon ton artıracaq.

Bununla yanaşı, artıq fəaliyyət göstərən Zəngilan Beynəlxalq Hava Limanı da mövcuddur və hava limanı təyyarələri qəbul edir. Bu, yük daşımalarının hərəkətliliyini, bağlantıları və investorların çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Xüsusilə maraqlı məqam ondan ibarətdir ki, dəhliz tam başa çatmadan belə logistika, istehsal və sənaye şirkətləri tərəfindən regiona ciddi maraq göstərilir. Biz inanırıq ki, investorlar bu marşrutun strateji əhəmiyyətini və yaradacağı iqtisadi imkanları aydın şəkildə anlayırlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 May 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri