Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin açılması bunun ləğvi olacaq

Zəngəzur dəhlizinin açılması bunun ləğvi olacaq

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bölgəmizdə gedən proseslər, qlobal Orta Dəhliz yolunun əhəmiyyətli hissəsi olacaq Zəngəzur dəhlizinin reallaşması fonunda Muxtar Respublikanın sosial-iqtisadi inkişafı, logistika və bütün digər sahələrdə işlərin effektivliyinin daha da artırılması və çox qısa müddət ərzində hədəflərə çatılması üçün bütün qüvvəmizi səfərbər etməliyik.

Axar.az xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

Fuad Nəcəfli bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin fevral ayında təməli qoyulmuş Horadiz-Ağbənd dəmiryolu xəttinin inşası sürətlə yekunlaşmağa doğru gedir:

“Bir neçə gün əvvəl Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli qoyuldu. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin beynəlxalq tranzit layihəsinin gerçəkləşməsi istiqamətində apardığı fəaliyyətin hədəfləri genişmiqyaslıdır. “Göründüyü kimi, işlər çox sürətlə aparılır və Naxçıvanda görülən işlərin də tempi artırılıb. Artıq muxtar respublika ərazisində bir çox layihələrdə texniki iqtisadi əsaslandırma işləri yekunlaşıb və layihələndirmə və tikinti işlərinə başlanıb. Sadaladıqlarımız Naxçıvanın nəqliyyat dəhlizi və logistik mərkəz funksiyasını yerinə yetirməyə hazır vəziyyətə gətirilməsinin tərkib hissəsidir. Bu gün biz inanırıq ki, Zəngəzur dəhlizi açıldıqda Naxçıvanın tarixi izolyasiyası bitəcək, muxtar respublika təkcə ölkəmizin deyil, bütövlükdə regionun iqtisadi yüksəlişində aparıcı rol oynayacaq. İllərlə davam edən gərginlik və blokadadan sonra Azərbaycanın əsas hissəsi ilə birbaşa, fasiləsiz və təhlükəsiz nəqliyyat yolunun işə düşməsi Naxçıvan Muxtar Respublikası üçün yeni imkanların qapısını açır. Yeni yollar, dəmiryolları, enerji xətləri və rəqəmsal bağlantının qurulması ilə Naxçıvan logistika mərkəzinə çevrilir. Bu həm də ticarət və turizm imkanlarının artmasına, yerli istehsalın ixrac potensialının güclənməsinə səbəb olacaq. Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gercəkləşdiməyə xidmət edəcək. Açılacaq yollar ticarətin həcmini artıracaq, enerji və rəqəmsal kommunikasiya imkanlarını genişləndirəcək”.

Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi qeyd edib ki, Zəngəzur dəhlizi təkcə kommunikasiya xətti deyil – o, Azərbaycanın iqtisadi, siyasi və geostrateji gücünü artıracaq yeni mərhələnin başlanğıcı olub bütövlükdə regionda sülh, sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyətə malikdir: “Zəngəzur və Naxçıvan məsələsi ilə yanaşı, ölkəmizin inkişaf gündəliyində bir sıra prioritet istiqamətlər də var. Bütün respublikada olduğu kimi Naxçıvan üçün də rəqəmsal və şəffaf idarəçiliyin, yəni – korrupsiyasız, vətəndaşa xidmət edən dövlət sisteminin inkişaf etdirilməsi, sosial rifah və məşğulluğun artırılıması – xüsusilə gənclərin dəstəklənməsi və yeni iş yerlərinin açılması, eləcə də ekoloji təhlükəsizlik sahəsində – su resurslarının qorunması, yaşıl enerji layihələrinin həyata keçirilməsi sahəsində fəaliyyət xüsusi önəm kəsb edir. Naxçıvan Muxtar Respublikası sakinləri blokadadan çıxmağı və Azərbaycanın əsas hissəsi ilə quru yolu ilə maneəsiz gediş-gəlişin təmin olunacağı günün artıq yaxınlaşdığından böyük sevinc hissi duyur. Naxçıvanda sahibkarlar artıq dəhliz boyu biznes layihələri üzərində düşünür. Naxçıvan Muxtar Respublikasında dövlət orqanları Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun şəkildə fəaliyyətini daha da intensivləşdirərək qarşıya qoyulmuş hədəflərə çatmaq üçün bütün səylərini göstərəcək. Azərbaycan qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Bunun əsasında Prezident İlham Əliyevin uzaqgörən siyasəti dayanır. Bu gün biz hər bir sahədə fəaliyyətimizi həmin strateji kursa uyğun qurmalı, birlik və həmrəylik içində çalışmalıyıq. Zəngəzur dəhlizi Azərbaycan üçün yeni dövrün başlanğıcı, Naxçıvan üçün isə tarixi təcridin sonu olacaq. Çıxışımı bir fikirlə yekunlaşdırmaq istəyirəm: Zəngəzur dəhlizi təkcə yol deyil – Azərbaycanın bütövlüyünün və gücünün rəmzidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Avqust 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri