Icma.az
close
up
RU
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Ulu Öndərin xatirəsini yad edib AZƏRTAC

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Ulu Öndərin xatirəsini yad edib AZƏRTAC

Bakı, 12 dekabr, AZƏRTAC

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev, xidmətin şəxsi heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin məzarı önünə çiçəklər düzülüb.

Daha sonra xidmətin inzibati binasında şəxsi heyətə Ulu Öndərin zəngin həyat yolu, xalqımız və dövlətimiz qarşısında tarixi xidmətləri haqqında ətraflı məlumat verilib, sənədli film nümayiş olunub.

seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri