Icma.az
close
up
RU
Xüsusi sinir hüceyrələri çəki itkisinə təsir edir TƏDQİQAT

Xüsusi sinir hüceyrələri çəki itkisinə təsir edir TƏDQİQAT

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 26 may, AZƏRTAC

“Semaglutid” artıq piylənmə və şəkərli diabetin müalicəsində effektivliyi sübut edilmiş GLP-1R agonistləri qrupuna aid dərmandır. Qida qəbulunun və bədən çəkisinin azalmasına səbəb olan bu preparat, eyni zamanda, ürəkbulanma və əzələ itkisi kimi xoşagəlməz əks təsirlərə də səbəb ola bilir. Bir qrup tədqiqatçı “semaglutid”in beyindəki konkret təsir mexanizmini araşdıraraq bu dərmanın hansı neyronlar vasitəsilə fəaliyyət göstərdiyini ortaya çıxarıblar.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat siçanlar üzərində aparılıb. Alimlər dərman tətbiq etmədən “semaglutid”in aktivləşdirdiyi sinir hüceyrələrini süni şəkildə stimullaşdırıblar. Nəticədə bu neyronların aktivləşdirilməsi siçanlarda dərmanla müşahidə edilən qida qəbulunun azalması və çəki itkisi kimi əlamətlərin baş verdiyini göstərib. Əksinə, həmin sinir hüceyrələri zədələndikdə dərmanın iştaha və yağ itkisinə təsiri əhəmiyyətli dərəcədə zəifləyib. Qeyd olunmalıdır ki, bu zaman ürəkbulanma və əzələ itkisi kimi əks təsirlər davam edib.

Araşdırma nəticəsində müəyyən edilən sinir hüceyrələri beyində, daha dəqiq desək, beyin sapının dorsal vagal kompleksi adlanan bölgəsində yerləşir. Bu nəticələr yalnız daha hədəflənmiş və təkmilləşdirilmiş müalicə imkanlarının inkişafına töhfə vermir, həm də “semaglutid”in beyindəki fəaliyyət mexanizmləri ilə bağlı fundamental elmi anlayışları genişləndirir.

Bu araşdırma “semaglutid” kimi dərmanların neyrobioloji təsirlərinin başa düşülməsi və daha təhlükəsiz və effektiv müalicə strategiyalarının inkişafı istiqamətində mühüm addım hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 07:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri