Icma.az
close
up
RU
Xüsusilə mühüm... bayram

Xüsusilə mühüm... bayram

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kəşfiyyat və əks-kəşfiyyat dünən-srağagün yaranmayıb; çox qədim tarixi var. Hələ ən qədim dövrlərdə Misirdə, Romada, Çində ilk kəşfiyyat və əks-kəşfiyyat nümunələri var idi. Miladdan əvvəl V əsrdə Çində Sun Tzu özünün məşhur "Müharibə sənəti" əsərində kəşfiyyatın ilk nəzəri əsaslarını yaratmışdı.

Tarix boyu - müxtəlif dövrlərdə türk dövlətlərində də belə qurumlar olub. Ancaq ilk peşəkar kəşfiyyat şəbəkəsini İngiltərədə Frensis Folsingem qurmuşdu. Bu şəbəkə sayəsində kraliça I Yelizavetaya qarşı sui-qəsdin üstü açılmışdı.

Xüsusi xidmət orqanlarının hər bir ölkə, dövlət, hər bir millət üçün necə fövqəladə əhəmiyyət daşıdığını geniş izah etməyə bəlkə də ehtiyac yoxdur. Təkcə elə bu xidmətin adındakı "xüsusi" sözü hər şeyi ifadə edir.

Azərbaycanda bu xidmətə - təhlükəsizlik orqanlarına qarşı uzun zaman birmənalı münasibət olmayıb; bu, kimsədən gizli deyil. Səbəb məlumdur: Azərbaycan müxtəlif imperiyaların tərkibində olduğu zamanlarda həmin dövlətlərin təhlükəsizlik xidmətlərinin millətimizlə necə davrandığı tarixdən məlumdur. Azərbaycan müstəqil olmadığı dövrlərdə bir müstəmləkəçi öz müstəmləkəsi ilə necə rəftar edərsə, bizimlə də elə rəftar edilmişdi. Xüsusi xidmət orqanları da müstəmləkə siyasətinin bir aləti, cəza orqanı kimi istifadə olunmuşdu. Buna görə də 1918-ci ildə Azərbaycan Rusiyadan öz müstəqilliyini elan etdikdən 10 ay sonra - 1919-cu il martın 28-də ilk kəşfiyyat və əks-kəşfiyyat strukturunu formalaşdırdı. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyi zaman - ölkə yenidən Rusiyanın işğalı altına düşdükdən sonra milli kəşfiyyat və əks-kəşfiyyat qurumları da zərbə aldı. Sovet rejiminin qorunmasını prioritet vəzifə kimi əsas götürən yeni strukturlar yaradıldı. Bu strukturlarda milli kadrların yetişməsi və yer tutması çox çətin idi; fövqəladə dərəcədə yüksək fitri talant, bilik, bacarıq və ustalıq tələb olunurdu.

Təkcə elə bir faktı göstərmək bəs edir: 1967-ci ilə qədər - Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunanadək bu vəzifəni başqa millətlərin nümayəndələri tuturdu. Buna qədər nəinki yüksək, eləcə də, orta, aşağı rəhbər heyətlərdə, hətta sadə əməkdaşlar arasında da Azərbaycanlıları sayı az olub. Bu, həmin sistemə düşə bilən Azərbaycanlıların öz peşəkarlığını artırmaq, öz üzərində işləmək, özünü yetişdirmək ehtiyacını daha da yüksəldirdi. Ona görə də Azərbaycanın təhlükəsizlik orqanlarında formalaşan milli kəşfiyyat və əks-kəşfiyyat zabitləri başqa millətlərdən olan həmkarlarından geri qalmırdı, hətta çox professional yetişmişdilər. Bundan başqa 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərindən bu orqanlarda milli kadrların sayı artmağa və Azərbaycan xüsusi xidmət orqanlarında tərkib dəyişməyə başlayıb.

Əlbəttə, söhbət bu orqanların bütövlükdə və sadəcə, etnik əlamətlərə görə formalaşdırılmasından getmir. Əsas məsələ Azərbaycanın və Azərbaycan xalqının maraq və mənafelərinə xidmət göstərmək idi. Bu, şübhəsiz ki, Sovet İttifaqının mövcud olduğu dövrdə asan məsələ deyildi. Ancaq orqanlardakı milli kadrlar arasında bu missiyanın daşıyıcıları da vardı, çox idi, onlar mümkün olduğu qədər öz xalqına xidmət göstərirdilər.

Eyni zamanda xüsusilə, ötən əsrin 30-50-ci illərində təhlükəsizlik orqanlarının öz ölkəsinin vətəndaşlarına, ən çox da qeyri-ruslara qarşı apardığı repressiyalar, qeyri-insani, qanunsuz, amansız rəftar ictimai şüurda ağır mənəvi-psixoloji izlər, dərin yaralar buraxmışdı. Ona görə də Azərbaycan öz müstəqilliyini yenidən əldə etdikdən sonra milli təhlüksizlik orqanlarının üzərinə ikiqat böyük məsuliyyət düşmüşdü: bir yandan, təşkilatın adına, reputasiyasına keçmiş qaranlıq dönəmlərdən düşən kölgəni, ləkəni silmək, bir yandan da milləti, ölkəni, dövləti qorumaq lazım gəlirdi. Özü də bütün qlobal və iri regional güclərin geosiyasi və geostrateji maraqlarının qarşılaşdığı, bəzən kəsişdiyi, çox hallarda toqquşduğu bölgədə bu, çox çətin idi. Nəhayət, Azərbaycanın Qarabağ bölgəsində etnik erməni əhali arasında baş qaldırmış separatçılıq, eləcə də, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan ərazisinin 20 faizinin nə az, nə çox, düz otuz il ərzində işğal altında saxlanılması vəziyyəti daha da mürəkkəbləşdirmiş, rəqib ölkənin xüsusi xidmət orqanlarının təşkil etdiyi terrorçuluq fəaliyyətləri, terror aktlarının, dövlət rəhbərliyinə, ayrı-ayrı tanınmış şəxslərə - dövlət xadimlərinə, ictimai xadimlərə, hərbi və mülki rəhbər şəxslərə qarşı sui-qəsdlər və başqa ağır cinayət əməlləri xüsusi xidmət orqanlarının iş yükünü və xidmət məsuliyyətini daha da artırırdı. Onu da demək lazımdır ki, təhlükəsizlik orqanlarının əməkdaşları işğalçılığa və separatçılığa qarşı əllərində silah (müharibənin hər iki fazasında) döyüş əməliyyatlarında iştirak eymiş, yüksək peşəkarlıq və fədakarlıq nümunələri yaratmışlar. Məsələn, elə bu gün Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik edən şəxs özü də müharibənin birinci fazasında Azərbaycan torpaqlarının azad olunması döyüşlərdə şəxsən vuruşub. 2020-ci ildəki 44 günlük Vətən Müharibəsində, 2023-cü ildəki lokal antiterror əməliyyatlarında da istər DTX-nin, istərsə də, Xarici Kəşfiyyat Xidmətinin şəxsi heyəti yüksək qəhrəmanlıqla iştirak ediblər. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasında xüsusi xidmət orqanları rəhbər şəxslərdən sıravi əməkdaşlara qədər hamılıqla yüksək professionallıq və vətənpərvərlik örnəkləri göstərmişlər. Qarabağdakı hərbi xuntanın başçılarına qarşı keçirilmiş əməliyyat, separatçı-terrorçu əməllər törətmiş şəxslərin həbs edilməsi və istintaqa cəlb olunması təhlükəsizlik orqanlarının danılmaz, çox böyük xidmətləridir. Hazırda Arayik Arutyunyan, Ruben Vardanyan və başqaları törətdikləri ağır cinayətlərə görə məhkəmənin hökmləri ilə ömürlük və uzun müddətlərə azadlıqdan məhrum ediliblər. Mən hələ təhlükəsizlik orqanlarının xüsusilə son illərdə apardığı onlarla uğurlu əməliyyatlarını, dövlətə, xalqa qarşı cinayətlərin qarşısını almasını, çoxsaylı mürəkkəb cinayət əməllərinin üstünün açılmasını, təqsirkarların məsuliyyətə cəlb edilməsini demirəm; bir-bir sadalasaq, çox uzun siyahı alınar.

Bir sözlə, bu gün 107 yaşını - peşə bayramını qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi, kəşfiyyat və əks-kəşfiyyat orqanları artıq keçmiş Sovet rejiminin məlum və məşum miraslarından ("KQB", "NKVD" irslərindən) arınmış, sonrakı dövrlərdə də qeyri-peşəkar rəhbər şəxslərin buraxdığı səhvləri də aradan qaldırmış, hazırda öz xalqına və dövlətinə yüksək səviyyədə xidmət göstərən uğurlu və nüfuzlu dövlət strukturlarıdır.

Odur ki, biz də bu, çox çətin, şərəfli və məsuliyyətli sahədə xidmət edən, Vətəninin, millətinin keşiyində duran bütün təhlükəsizlik orqanları kollektivlərini təbrik edirik, onlara daha böyük uğurlar arzulayırıq!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Mart 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri