Icma.az
close
up
RU
“Ya bu bayrağı Qarabağa sancacağıq, ya da ona bükülərək qayıdacağıq”

“Ya bu bayrağı Qarabağa sancacağıq, ya da ona bükülərək qayıdacağıq”

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 19 sentyabr, AZƏRTAC

Müzəffər Ordumuzun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror əməliyyatından 2 il ötür. Həmin əməliyyat zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə Naxçıvandan olan 10 hərbçi də böyük şücaət və qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin şəhidlərdən biri 1997-ci il sentyabrın 26-da Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Elçin İbrahimlidir. Elçin elə məktəbdə oxuduğu dövrdə davranışı, dərslərinə məsuliyyətli yanaşması ilə müəllimlərinin hörmətini qazanmışdı. Qəlbindəki Vətən sevgisi və dayısının da hərbçi olması onun bu peşəni seçməsinə vəsilə olub. Həm orta, həm də ali hərbi təhsilə yiyələnib. 2019-cu ildə leytenant hərbi rütbəsi ilə Tərtər rayonunda hərbi hissədə mühəndis-istehkam taqımının komandiri vəzifəsində xidmətə başlayır.

Elçin 2020-ci ilin sentyabr ayında məzuniyyət götürərək Naxçıvana gəlir. Sentyabrın 27-də müharibənin başladığını eşidən kimi dərhal xidmət etdiyi Tərtər rayonuna qayıtmaq istəyir. Lakin yollar bağlı olduğu üçün gedə bilmir. “Mənim yoldaşlarım döyüşür, mən burada dayana bilmərəm”,- deyib səfərbərlik xidmətinə müraciət edir və onu döyüş bölgəsinə göndərmələrini istəyir. Oktyabrın 6-da bir qrup hərbçi ilə döyüş bölgəsinə yola salınır. Elçin bundan bir gün əvvəl özü ilə dövlət bayrağımızı götürmüşdü. Anası ilə sağollaşarkən “Ya bu bayrağı Qarabağa sancacağıq, ya da ona bükülərək qayıdacağıq”,- deyir. Və belə də olur. Qarabağa üçrəngli bayrağımızı Zəfər nidaları ilə sancıb geri dönən igidlərimiz sırasında Elçin İbrahimli də yer alır.

Vətən müharibəsində Suqovuşanın azad olunmasında böyük şücaət və qəhrəmanlıq göstərən Elçin 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatında Ağdam-Ağdərə istiqamətində bir neçə hərbçi ilə düşmənin postunu darmadağın edərək, Ağdərənin yüksəkliyinə ilk qalxanlardan olur. Verilən tapşırığı qəhrəmancasına yerinə yetirir, lakin son anda düşmənin zirehli texnikadan açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalır… O, sentyabrın 21-də doğma torpağı Naxçıvana qayıdır. Üçrəngli bayrağı ilə birlikdə...

Babası Fəxrəddin İbrahimov deyir ki, fikirləşəndə onun uşaqlığı, məktəb illəri, gəncliyi kino lenti kimi gözümün önündən gəlib keçir, xatirələr dil açıb danışır: “Elə uşaqlıqdan vətənpərvərlik, Vətənə xidmət Elçinin qəlbinə, ruhuna hopmuşdu. Dayısı, yəni oğlum Zaur da hərbçidir. Zaur məzuniyyətə gələndə onun hərbi geyimlərini geyinir, hərbi papağını başına qoyurdu. “Baba mən də dayım kimi komandir olacağam. Vətənimi göz bəbəyi kimi qoruyacağam”- deyirdi. Qorudu da”.

Fəxrəddin baba Elçin haqqında son xatirəsini danışanda göz yaşlarını saxlaya bilmir. Bildirir ki, 2023-cü il sentyabrın 19-da Elçin onun telefonuna mesaj göndərib: “Babam mənim, mən səni çox sevirəm, özündən muğayat ol. Sən mənə həm baba, həm də ata olmusan”. Bu sözlər mənə çox təsir etmişdi... Həmin gün axşam saat 8-də şəhid olduğu xəbəri gəldi”.

Elçin İbrahimlinin anası Aynurə İbrahimova ilə söhbət edirik. Deyir ki, uşaqlıqdan oğlunu hərbçi kimi böyütmək istəyib. “Körpəliyindən Elçini hərbçi ruhunda tərbiyə etməyə, hərbi forma geyindirməyə çalışırdım. Başına hərbi papaqlar qoyurdum. Elçin balaca olanda dayısı ali hərbi məktəbdə kursant idi. Həmişə məzuniyyətə gələndə oyuncaqlar alıb gətirərdi. Elçin ancaq əsgər oyuncaqları ilə oynayardı. Orta məktəbdə də hərbi-vətənpərvərlik mövzusuna həsr edilən tədbirlərdə iştirak etməkdən ötrü can atırdı”, - deyir şəhid anası.

Aynur xanım söhbətinə davam edir: “44 günlük Vətən müharibəsindən balam Qələbə sevinci ilə qayıtdı. “Qisas” əməliyyatından da sağ qayıtdı. Ancaq antiteror əməliyyatında şəhidlik zirvəsinə yüksəldi. Biz ana-bala yox, həmişə dost olmuşuq. Nə dərdi-səri olsa, birinci mənlə bölüşərdi. Deyirdi, sənlə danışanda, məsləhətləşəndə rahatlıq tapıram. İndi təsəllim odur ki, Elçin xalqımızın 30 illik Vətən həsrətinə son qoyan igidlərimiz arasındadır. Hər bir azərbaycanlı, qohum-əqrəba, dost-tanış, müəllimləri, sinif yoldaşları onunla fəxr edir”.

Elçin İbrahimli 2021-ci ildə ailə həyatı qurmuşdu. Sağikən ən böyük arzularından biri də həyat yoldaşı Ceyran xanımı həkim görmək idi. Həyat yoldaşının biologiya ixtisas üzrə ali təhsili olsa da, məhz şəhidin arzusunu yerinə yetirmək üçün əzmlə hazırlaşıb. Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanında uğur qazanaraq, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla həm Vətən müharibəsi, həm də ondan sonrakı əməliyyatlarda şücaət və qəhrəmanlıq nümunəsi göstərdiyi üçün Elçin İbrahimli 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Suqovuşanın azad olmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see893

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see339

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see324

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see313

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see198

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri