Icma.az
close
up
RU
Qarabağa kimlər qalacaq?

Qarabağa kimlər qalacaq?

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ" komandasının matçlarına azarkeş marağının az olması barədə dəfələrlə deyilib, yazılıb.

Son 11 ildə Avropa kuboklarının daimi iştirakçısı olan, bu 11 ilin 10-da Azərbaycan çempionu adını qazanan Ağdam təmsilçisinin yerli çempionatdakı matçlarına biganə münasibət davam etməkdədir. 

Bunu Peşəkar Futbol Liqasının bu gün açıqladığı hesabat növbəti dəfə təsdiqləyir. Bu barədə az sonra. 

İndi ona gələk ki, Qurban Qurbanovun komandasının Avropa kubokları matçları zamanı çox vaxt tribunaların dolu olduğunu görürük. Hətta bu zaman klubdan pulsuz bilet istəyənlərin sayı-hesabı da olmur. İnsafən, "Qarabağ" klubuna bununla bağlı müraciətlərin əksəriyyətinə də təmənnasız olaraq müsbət cavab verilib. Halbuki Avropada pulsuz bilet anlayışını eşidəndə buna təəəccüb edirlər. Lakin bizdə belə deyil. Əsas odur ki, azarkeş daim komandasının yanında olsun.

Di gəl ki, necə deyərlər, Azərbaycanda iki təbəqə azarkeş ordusu var: avrokubok matçlarına və bir də çempionat oyununa gələnlər. "Qarabağ"ın avrokubok oyunların izləyənlərin əksəriyyətini biz çempionat oyunlarında görə bilmirik. Avropa kuboklarının görüşləri vaxtı Tofiq Bəhramov adına Stadionunun 30 minlik tribunaları dolu olur. Amma həmin komandanın eyni məkandakı çempionat matçlarına bəzən heç 300 azarkeş da toplaşmır.

Dünən keçirilən "Qarabağ" - "Araz Naxçıvan" oyununda tribunaların kədərli mənzərəsi

Acınacaqlı, könül qıraq statistikadır.

Statistika demişkən, PFL-in açıqladığı hesabata görə, "Qarabağ" bu mövsüm çempionatın 9 ev oyununa topladığı azarkeş sayına görə heç ilk üçlüyə belə düşməyib! Təsəvvür edirsiniz?

Bu siyahıda birinci yerdə bölgə təmsilçisi "Turan Tovuz"dur. Komandanın 9 oyuna ümumən 39 min 700 tamaşaçı (orta hesabla hər ev matçına 4411 tamaşaçı) gəlib. "Neftçi"  ikinci (9 oyuna, 21 min 931 azarkeş),  "Sumqayıt" isə üçüncüdür (21 min 450).

"Qarabağ" isə siyahıda yalnız 4-cü yeri tutur. Ağdam klubunun 9 ev oyuna cəmi 13 min 820 azarkeş gəlib orta hesabla hər ev matçına 1536 nəfər).

İlk üçlükdə olan komandalar daim böyük və sadiq azarkeşləri ilə seçilib. Amma bu rəqəmlərin özü belə çox az görünür. "Qarabağ"ın yerli oyunlarda azarkeş sarıdan durumu isə lap acınacaqlıdır... 

Və gedişat göstərir ki, çempionatda güclü rəqabət yaranmadıqca, klublar güclənmədikcə (məsələn, "Neftçi"), bölgələrdə komanda sayı artmaqca  (məsələn, "Xəzər Lənkəran" yenidən liqada olmadıqca) "Qarabağ" Avropada lap finala qədər getsə belə, onun çempionatda görəcəyi elə o 300-500 sadiq azarkeş olacaq.

ELNUR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see647

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see277

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see265

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see251

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see233

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see233

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see223

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see214

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see205

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see197

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see193

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see193

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see187

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see186

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see183

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see182

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see178

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see176

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see170

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri