Icma.az
close
up
RU
Yadda qalan bir günün gerçəkləri

Yadda qalan bir günün gerçəkləri

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

44 günlük Vətən müharibəsinin ən gərgin çağlarında – 10 oktyabr 2020-ci ildə, Moskvada əldə olunan humanitar atəşkəs razılaşmasının qüvvəyə minəcəyi gün.

Həmin tarixdə arxa cəbhədə olan 5 nəfərlik bir qrup könüllü: onların sırasında bəndəniz də daxil olmaqla Tərtərdə əsgərlərin yanında idik. Bu, sadəcə bir hadisə deyildi, bu, bir xatirə, bir xalqın həmrəyliyinin, ürəkdən gələn birliyin ifadəsi idi.

2020-ci ilin 10 oktyabrı... O səhər təkcə təqvimdə bir tarix deyildi: o, müharibənin ən gərgin, ən həlledici günlərindən biri idi. Həm də insanlığın, mərdliyin, səbrin, həmrəyliyin sınaqdan keçdiyi bir gün idi. 

Gecə boyu Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən gərgin görüşü keçirilmişdi. Səhər tezdən məlum oldu ki, humanitar məqsədlərlə təmas xətti boyunca saat 12:00-dan atəşkəs elan olunacaq.

Beş nəfərlik könüllü qrup olaraq, 9 oktyabr gecə saatlarında, komendant saatı başlamamış Yevlaxa çatdıq və gecəni orada keçirdik. Hər kəsin içində qəribə bir hiss vardı: narahatlıq, məsuliyyət, qorxu, amma eyni zamanda böyük bir qürur.

Səhər saat 7-də Tərtər istiqamətinə yola düşdük. Yolboyu hərbi texnika, tibbi avtomobillər, könüllülər, yardım maşınları bir-birinə qarışmışdı. Sanki bütün bir millət eyni ürəklə, eyni məqsədlə cəbhəyə doğru axırdı.

Bizim maşında tibbi ləvazimatlar, dərmanlar, geyim və siqaret vardı. Hər şey planlı idi, amma içimizdəki duyğular plan tanımırdı.

Saat 10:00-da artıq Tərtərə daxil olmuşduq. Hər tərəfdə toz, tüstü, səssiz küçələr, sığınacaqlara çəkilmiş insanlar…

Bu mənzərəni unuda bilmək mümkün deyil. Hər nəfəsdə müharibənin dadı vardı — yanıq, barıt, amma həm də Vətən qoxusu.

O zaman Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəxsən bizimlə görüşdü. O, könüllü təşəbbüsümüzə təşəkkür etdi, apardığımız yardımların doğru ünvanlara çatması üçün bir nəfəri  də bizimlə göndərdi. Bu, bizim üçün həm dəstək idi, həm də məsuliyyət. Artıq biz sadəcə könüllü deyildik — biz dövlətin, xalqın etibarını da daşıyırdıq.

Saat 12-də humanitar atəşkəs qüvvəyə minməli idi. Biz o an artıq əsgərlərin yanındaydıq — yaralıların daşındığı, su və tibbi yardımın çatdırıldığı ərazidə.

Havada qəribə bir səssizlik və gərginlik vardı. Sanki hər kəs nəfəsini tutmuşdu. Hamı gözləyirdi ki, bəlkə də bu dəfə silahlar doğrudan da susacaq. Amma uzaqdan gələn artilleriya səsləri o sükutu yarırdı. Qulaqlarda əks-səda verən hər mərmi sanki bir xatırlatma idi: "Bu müharibə hələ bitməyib...”

O saatlarda insan mənzərələri sözlə ifadə olunmaz idi: biri əsgərin yarasına məlhəm olurdu, biri silahını təmizləyirdi, biri yuxarı komandanlıqdan xəbər gözləyirdi, digəri isə səssizcə dua edirdi — elə bizim kimi.

Hər addımda həm qorxu, həm də möhkəm iradə hiss olunurdu. Kimsə geri dönmək istəmirdi. Nə ön cəbhədəki əsgər, nə də arxada yardım daşıyan könüllü.

Atəşkəsin elan olunması ilə bir anlıq sükut yarandı. Hər kəs bir anlıq nəfəsini tutdu. O səssizlikdə bir ümidi, bir inamı hiss etmək olurdu. Hər kəsin baxışında eyni söz vardı: "Bəlkə də bu dəfə həyat qalib gələcək...”

Biz bilirdik ki, bu atəşkəs müharibənin sonu deyil. Amma bəlkə də o an yüzlərlə insanın həyatda qalması üçün bir başlanğıcdır.

O gün mən bir şeyi çox aydın anladım: Vətən müharibəsi təkcə ön cəbhədə deyildi.

Arxa cəbhədə də döyüş vardı — könüllülərin, həkimlərin, jurnalistlərin, anaların, uşaqların döyüşü.

Kimisi silahla, kimisi qələm və dua ilə, kimisi də yardım qutularını daşımaqla mübarizə aparırdı. Biz də o gün həmin mübarizənin bir parçası idik — kiçik, amma ürəkdən gələn bir parça.

10 oktyabr 2020-ci il mənim yaddaşımda sadəcə bir tarix kimi deyil, yaşanmış bir duyğu kimi qaldı.

Atəşkəs saatı gələndə biz əsgərlərin yanındaydıq. Bu, təsadüf deyildi.

Bu, o günün ruhu idi — xalq və ordu eyni cəbhədə, eyni amal uğrunda idi.

Və o amalın adı bir sözlə yazılırdı: Vətən.

Emin Tarverdiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri