Yaddaş zəifliyinə qarşı super metod Hər gün sadəcə 30 dəqiqə BUNU EDİN
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərədə aparılan yeni bir araşdırma gündə cəmi yarım saat qulaqlıqla musiqi dinləməyin beyində diqqət və yaddaşa cavabdeh olan sahələrə ciddi müsbət təsir göstərdiyini ortaya çıxarıb. Mütəxəssislərin fikrincə, bu cür qısa müddətli musiqi seansları insanın psixoloji vəziyyətini yaxşılaşdırmaqla yanaşı, öyrənmə qabiliyyətini də artırır.
Yenisabah.az xəbər verir ki, London Universitetinin tədqiqatçıları tərəfindən həyata keçirilən araşdırmada iştirakçılardan bir qrupa hər gün 30 dəqiqə ərzində instrumental musiqilər dinlədilib. Nəticədə, bu şəxslərin konsentrasiya və yaddaş testlərində əvvəlkindən daha yüksək nəticələr göstərdiyi müəyyən edilib.
Alimlər bildirir ki, musiqi beyində “dopamin” hormonunun ifrazını stimullaşdırır. Bu hormon isə həm əhval-ruhiyyəni yaxşılaşdırır, həm də motivasiyanı artırır. Qeyd olunub ki, xüsusilə klassik və təbii səslərdən ibarət sakit musiqilər ən effektiv təsiri göstərir. pizza
Aytac Əliyeva

