Yaddaş zəifliyinin qarşısını almaq üçün pəhrizdə dəyişiklik etmək lazımdır
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Nevroloq Artem Barışev yaddaş zəifliyinin qarşısını almaq üçün pəhrizdə bir neçə mühüm dəyişiklik etməyin vacibliyini bildirib.
Redaktor.az xəbər verir ki, o, lenta.ru-ya açıqlamasında beynin təxminən 50 faizinin yağlardan, digər yarısının isə protein strukturlarından ibarət olduğunu xatırladaraq, sağlamlığın qorunması üçün müxtəlif protein mənbələrinin qidalanmaya daxil edilməsini tövsiyə edib.
“Eyni növ zülalların daimi istehlakı beyni tikinti materialından və bəzi əvəzolunmaz amin turşularından məhrum edir. Ona görə də beyin fəaliyyətinin saxlanmasının əsası müxtəliflikdir”, - deyə həkim qeyd edib.
Barışev həmçinin fast food, yarımfabrikatlar və sürətli karbohidratlarla zəngin məhsulların istifadəsinin azaldılmasını məsləhət görüb. Onun sözlərinə görə, bu cür qidalar çoxlu miqdarda doymuş yağlar ehtiva edir və nəticədə qan damarlarının divarlarında xolesterin yığılması ilə beyinə qan dövranını pozur.
Aytəkin TOFİQQIZI
Baxış sayı:78
Bu xəbər 25 Avqust 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















