Icma.az
close
up
RU
Yaddaş zəifliyinin əsas səbəbləri nələrdir?

Yaddaş zəifliyinin əsas səbəbləri nələrdir?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar insanların yaddaş zəifləməsindən, unutqanlıqdan və diqqət dağınıqlığından şikayətləri artıb.

Yaddaş problemlərinin səbəbi kimi istifadə etdiyimiz qidalar, qida vərdişləri və artan sosial gərginliklər göstərilir. Lakin yaddaş probleminin əsas səbəbləri nədir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, informasiya bolluğu insanı daha ağıllı etmir, əksinə, bəzən düşünmə qabiliyyətini zəiflədir:

"Müasir insan daha çox komfort içindədir, amma bu komfort düşüncə rahatlığı deyil, zehni süstlük gətirir. Keçmişdə yaddaşı gücləndirən amillər məsuliyyət hissi, zehni əmək, canlı ünsiyyət və müşahidə vərdişləri idi. İndi isə bunlar zəifləyib. Belə bir mənzərə formalaşıb, hər kəsin əlində ağıllı telefon var, lakin ağıllı düşüncə yoxdur".

Psixoloq qeyd edib ki, müasir həyat tərzi yaddaş üçün əlverişli deyil:

"Sosial şəbəkələrdə fasiləsiz informasiya axını var, beyin isə hər saniyə yeni məlumatlarla yüklənir. Lakin bu məlumatların çoxu emal olunmadan unudulur. Beynin sakitliyə və susqunluğa ehtiyacı var. Biz isə bu boşluqları da telefon, sosial media və səslərlə doldururuq. Nəticədə beyinin bərpa mexanizmləri işləmir, diqqət və yaddaş zəifləyir". 

Onun sözlərinə görə, gündəlik rejimin pozulması, yuxusuzluq, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik və emosional gərginlik birlikdə beyinin fəaliyyətinə mənfi təsir göstərir:

"Keçmişdə insanlar daha çox düşünür, oxuyur, əzbərləyir, müzakirə aparırdılar. İndi isə hər şey bir toxunuş qədər asandır və bu, beyni tənbəlləşdirir.

Beyin bir əzələ kimidir. İşlədikcə güclənir, tənbəlləşdikcə zəifləyir. Yaddaşın güclənməsi üçün əsas addım diqqəti toplamaq və zehni intizamı bərpa etməkdir. İnsan dərin düşünməyə qayıtmalıdır.

Oxumaq, yazmaq, yeni bacarıqlar öyrənmək, insanlarla canlı ünsiyyət qurmaq, idmanla məşğul olmaq və texnologiyadan fasilələrlə istifadə etmək beynin fəaliyyətini canlandırır".

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Açar sözlər: Yaddaş Rövşən Nəcəfov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri