Icma.az
close
up
RU
Yaddaşı gücləndirən rənglər

Yaddaşı gücləndirən rənglər

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Uşaqlıqda bizi əhatə edən gerçəklik getdikcə başqa anlamlar qazanır və bir gün illüziyaya çevrilir. Bax onda həyatın sərt, amansız gerçəyi ilə üz-üzə qalırıq. Yaşamaq isə getdikcə çətinləşir…

Andrey Tarkovskinin gündəliklərini oxuyarkən ilk olaraq ağlıma bu fikirlər gəldi. Mən hər dəfə uşaqlığıma qayıtmaq istəyəndə “Güzgü” filminə baxıram. Bir də Malerin 5-ci simfoniyasını, xüsusən “Adajietto” hissəsini dinləyirəm. Sanki əbədiyyətlə sonsuz bir dialoqa girir, ahəstə-ahəstə, hiss olunmadan zamandan uzaqlaşıb başqa bir dalğaya keçirik. Sanki Tanrı yorğun düşmüş ürəyinə əbədiyyət laylası çalır. Musiqi bitdikdən sonra səni təqib edən səssizlik də onun bir parçasıdır. O müəzzəm simfoniyanın ehtişamından geriyə qalan səssizlikdə baş verir hər şey... Kainatın kiçildilmiş modeli dərs kitabı kimi qarşımızda açılır.

L.Tolstoy yazırdı ki, “insanlardan xilas yolu – öz yaralarını onlardan gizlətməkdir”. Tanrı isə bütün ağrılarımızdan xəbərdardır və bu ağrılardan xilas yollarını da bizə o göstərir. Malerin musiqisi mənim yaralarıma məlhəm çəkir, bütün məhrumiyyətlər unudulur... Keçmişin xəyalları isə adamı qarabaqara izləyir, yaddaşında üz cizgiləri pozulmaqda olan doğmalarını həyatda olduqları kimi xatırlamaq istəyirsən.

Adam bəzən özünü “Solyaris”dəki psixoloq Kelvin kimi başqa planetdə hiss edir, ruhun dərinliklərindən sızan naməlum duyğuların əlində girinc-giriftar olub qalır. İçində dəli bir istək yaranır – kaş mən də başqa planetdən qayıdıb kəndimə dönüncə atam qarşıma çıxaydı, onun qarşısında diz çöküb əllərindən öpəydim. Tarkovski insana özgürlük və ilkinliyə qayıdış duyğusu aşılayan rejissordur. Onun bütün filmlərinin mənbəyi yaddaşdır.

Yaddaş insanın ən qiymətli sərvətidir. Yaddaşın yoxdursa, keçmişin də yoxdur, o keçmiş ki, insan məhz onun sayəsində həyatı öyrənir, təcrübə qazanır, kamilləşir. Yaddaş insan ömrünü kompakt şəkildə onun beynində saxlayır, insan istədiyi vaxt onu kino lenti kimi geriyə fırladıb xatırladığı fraqmentlərə yenidən nəzər sala bilir. İnsanın evolyusiyası, təkamül prosesi də keçmişin üzərində inkişaf edir. Yaddaş həm də maddə ilə anlayış arasındakı vəhdətdən doğan həqiqətlər toplusudur.

Əslində, heç nə bizim yaddaşımızdakı kimi deyil. Keçmişdə baş vermiş hansısa bir hadisənin üzərindən zaman keçdikcə o hadisə də köhnə şəkillər kimi saralır, rəngləri itir, təfərrüatlar seyrəlir, sonda solğun, pozuq bir kadra çevrilir və sən onu 100 il əvvəlin kino lenti kimi bir az maraqla, bir az da həyəcanla izləyirsən. Kəpənək ruhu dolaşır o kadrlarda. Malerin musiqisi kimi... Bu ilahi sədanı təkcə eşitmək yox, görmək gərəkdir.

Bu harmoniyadakı rəngləri görmək, onun qoxusunu, dadını hiss etmək və bununla da yaddaşı diriltmək!

İngilis yazıçısı Toni Buzan özünün “Zehin xəritəsi” əsərində rənglərin insan yaddaşındakı rolu barədə geniş bəhs edir. Beyninizdəki ideyaları rəsmə çevirib onları rəngləyirsiniz və hər rəngin öz funksiyası olduğu üçün bu variasiya yaddaşı funksionallaşdırır və təxəyyülü körükləyir. Bu kitabı oxumağı hər kəsə məsləhət görürəm. Yaddaşın nə qədər ucsuz-bucaqsız imkanlara malik olduğunu göstərən unikal əsərdir. Sanki qulaqlarınız okeanın uğultusu ilə dolub və bu uğultu keçmişi kitab kimi gözləriniz önündə səhifə-səhifə çevirir. İnsan özünü qum üzərindəki böcək kimi kiçik hiss edir. Biz rollarımızı gözəl ifa edirik!

“Solyaris”də Hari deyirdi: “Mən insanam, mən sevirəm, mən yaşayıram!”. Solyaris planetində ona heç kim inanmadı və... O, getdi.

Kənan HACI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri