Icma.az
close
up
RU
Yaddaşı gücləndirən 5 İÇKİ

Yaddaşı gücləndirən 5 İÇKİ

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Yediyimiz qidalar və içdiyimiz içkilər yalnız fiziki sağlamlığa deyil, həm də beynin fəaliyyətinə və yaddaşa ciddi təsir göstərir.

Harvard mütəxəssisi Dr.Terri Şintani bildirib ki, bəzi vitamin və antioksidantlarla zəngin içkilər zehni performansı artırır, yaddaşı gücləndirir və beyin sağlamlığını qorumağa kömək edir.

Mütəxəssis xüsusilə bir neçə içkinin pəhrizə daxil edilməsini tövsiyə edir.

Yaşıl çay

Antioksidantlarla zəngin olan yaşıl çay tərkibindəki katexinlər sayəsində beyin hüceyrələrini oksidləşdirici stressdən qoruyur. L-teanin amin turşusu isə diqqəti artırmağa və rahatlamağa kömək edir. Araşdırmalar müntəzəm yaşıl çay içən insanlarda idrak funksiyalarının daha yaxşı olduğunu göstərir. Mütəxəssislər gündə şəkərsiz bir fincan içməyi tövsiyə edir.

Qəhvə

Kofein sayəsində diqqəti və oyanıqlığı artıran qəhvə həm də xlorogen turşusu vasitəsilə neyroprotektiv təsir göstərir. Tədqiqatlara görə, gündə 2-3 stəkan qəhvə insult və demensiya riskini təxminən 30 faiz azalda bilər. Bundan əlavə, Alzheimer xəstəliyi riskinin azalmasına da kömək edə bilər.

Çuğundur şirəsi

Təbii nitratlarla zəngin olan çuğundur şirəsi bədəndə azot oksidi səviyyəsini artıraraq beyinə qan axınını yaxşılaşdırır. Araşdırmalar göstərir ki, bu içki xüsusilə yaşlı insanlarda idrak funksiyasının yaxşılaşmasına kömək edə bilər. Lakin böyrək problemi olanlara əvvəlcə həkimlə məsləhətləşmək tövsiyə edilir.

Zərdəçal çayı

Tərkibində güclü antioksidant və iltihabəleyhinə maddə olan kurkumin var. Qara istiotla birlikdə qəbul edildikdə daha yaxşı mənimsənilir. Araşdırmalar göstərir ki, zerdeçal çayı yüngül idrak pozğunluğu olan insanlarda yaddaşı yaxşılaşdıra bilər.

Ələkçi çayı

Flavonoidlərlə zəngin olan bu bitki çayı beynin qoruyucu hüceyrələrini aktivləşdirə və zərərli beta-amiloid yığıntılarının azalmasına kömək edə bilər. Bu isə yaddaş itkisini yavaşlatmağa və idrak funksiyalarını qorumağa yardım edə bilər.

Mütəxəssislər bildirirlər ki, xroniki xəstəlikləri olan şəxslər qidalanmalarında ciddi dəyişiklik etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. /Milli.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2026 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri