Icma.az
close
up
RU
Yaddaşlarda əbədiləşən şərəfli peşə sahibi ŞƏRH

Yaddaşlarda əbədiləşən şərəfli peşə sahibi ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq-alim, Azərbaycanıntibb elmini dünyada tanıdan, əbədiyaşar elm xadim-lərimizin sırasında xüsusi yeri olan akademik M.İ.Aver-bax adına mükafatın laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi akademik Zərifə xanım Əliyeva şərəfli və mənalı ömür yaşamışdır.

Zərifə xanım Əliyeva 1960-1967-ci illərdə Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, dəyərli elmi məqalələri ilə diqqəti cəlb etmişdir. Bu dövrdə Zərifə xanım oftalmologiya elminin bütün sahələrinin inkişafına yaxından kömək göstərmiş, tibb elminə dəyərli töhfələr vermişdir.

1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunduqdan sonra Zərifə xanım Əliyeva həmin kafedranın professoru və müdiri vəzifələrində çalışmış, ölkəmizdə həkimlərin diplomdan sonrakı hazırlığının tədris-metodiki göstərişlərə və digər tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmışdır. O, peşə amili ilə əlaqədar göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını və yaranma mexanizmi elmi sürətdə əsaslandırmış, onların qarşısının alınması üçün əməli tədbirlər görmüş, həkimlərin peşə ustalığının artırılmasında əvəzsiz xidmətlər göstərmişdir.

1981-ci ildə Zərifə xanım Əliyeva silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Aver-bax adına mükafatına layiq görülmüşdür. Bu, ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisə idi. Bu mükafatın diqqəti cəlb edən üstün cəhətlərindən biri də ondan ibarət idi ki, Azərbaycan alimi akademik M.İ.Aver-bax adına mükafata layiq görülən ilk qadın oftalmoloq-alim olmuşdur.

Tibb elminə dəyərli töhfələr bəxş etmiş Zərifəxanım Əliyeva 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı uğurlara, alınan elmi nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında göstərdiyi xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilməsidir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş ilk qadındır.

Zərifə xanım Əliyeva daim öz üzərində işləmiş,təcrübəsini geniş auditoriyaya çatdırmış və ölkəmizdə tibb elmi sahəsində yüksək ixtisaslı kadrların yetişib ərsəyə gəlməsində çox böyük əmək sərf etmişdir. Gənc nəslin təlim-tərbiyəsində, yüksək sə-viyyəli həkim-oftalmoloqların, professiaonal elmi kadrların hazırlanmasında böyük xidmətlər göstərmiş Zərifə xanım Əliyeva onlarca elmlər doktoru və elmlər namizədlərinin rəhbəri və məsləhətçisi olmuş, böyük elmi məktəb yaratmışdır. O, həmçinin oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə,xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim oftalmoloqların yetişdirilməsində göstərdiyi xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Oftalmoloq-alim elmi-tədqiqat işlərində görmə orqanlarının bədxassəli şişlərinin, qlankomanın etimologiyası, diaqnostikası və müalicəsi kimi məsələlərdəndə geniş söz açmışdır. Zərifə xanım Əliyeva elm və texnologiyaların etikası, həkimlik deontologiyası haqqındakı zərif və saf düşüncələrini “Yüksək etimad” kitabında qələmə almış, öz dəyərli düşüncələri ilə oxucuların qəlbinə yol tapmışdır. Bu kitab gənc həkimlərə həm bu gün, həm də gələcəkdə yol göstərəni,onların həkim kimi, şəxsiyyət kimi formalaşmalarında xüsusi əhəmiyyət kəsb edən dəyərli əsərlərdəndir.

Tale elə gətirib ki, mən də bu böyük şəxsiyyətin, mehriban və qayğıkeş həkimin necə böyük insan olduğunun şahidi olmuşam.

1979-cu ilin əvvəlləri idi. O zaman mən Bakı Məişət Kondisionerləri Zavodunun presləmə sexində təmirçi-çilingər işləyirdim. Ulu Öndər Heydər Əliyevin böyük nüfuzu və uzaqgörənliyi sayəsində tikilib istifadəyə verilmiş bu nəhəng zavodda gənclərə xüsusi qayğı və diqqət göstərilirdi. Zavoddakı dəzgahların və avadanlıqların çoxu uzaq Yaponiyadan gətirilmişdir.Həmin vaxt zavodun nəzdində poliklinika da fəaliyyət göstərirdi. Yeni müasir avadanlıqlarla təchiz olunmuş poliklinikada zavodda çalışan əmək adamlarını müayinə etmək üçün hər cür şərait yaradılmışdır.

Bir dəfə işlə məşğul olduğum zaman göz qapağıma dəmir qırıntısı dəydi. Gözümün üst qapağında zədə aydın hiss olunurdu. İş yoldaşlarımın köməyi ilə mən elə həmin an poliklinikanın göz şöbəsinə müraciət etdim. Həmin vaxt Zərifə xanım Əliyeva da tez-tez bizim zavodun nəzdindəki poliklinikada olur,oftalmologiya sahəsində müşahidələr aparırdı. Zərifə xanım vaxt itirmədən mənim gözümü diqqət və qayğı ilə müayinə etdi. Gözümə dərman saldı. Xoş, mehriban nəvazişlə saçlarımı sığallayıb, qorxulu bir şey yoxdur. Sabah saat 11-də mən poliklinikaya gəldim. Növbətçi həkim məni xoş qarşıladı. Gözümü bir daha müayinə etmək üçün müayinə otağına apardı.

- Zərifə xanım bu gün elmi konfransda çıxış etməlidir. Ona görə də onun gələ bilməyəcəyini söylədi. Lakin bu an qapı ehtiyatla açıldı. Zərifə xanım müayinə otağına daxil oldu, ağ xalatını geyinib gözümü bir daha müayinə etdi və mülayim səslə: “Dünən məni yaman qorxutdun. İşdə bir balaca ehtiyatlı olun”,-dedi.

Mən o vaxt Zərifə xanımın necə sadə bir insan,qayğıkeş həkim olduğunun şahidi oldum.

Bir sözlə, Zərifə xanım həmişə gənclərə qayğı ilə yanaşar, onların sağlamlığının qayğısına qalar, zavodda hər cür şəraitin olması üçün əlindən gələni əsirgəməzdi.

Xalqına və Vətənə övladlıq borcunu şərəflə yerinə yetirərək ülvilik mücəssəməsinə çevrilmiş Zərifə xanım Əliyeva gözəl baharda dünyaya gəldiyi kimi,həmin fəsildə də əbədiyyətə qovuşdu. Vətənə, xalqına bağlı olan, öz sənətini dərin məhəbbətlə sevən, Azərbaycanın gələcəyini düşünən bu əbədi yaşar insan əsrlər keçsə də, qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, hörmətlə yad ediləcək, onun əziz xatirəsi ürəklərdə yaşayacaqdır.

Ədalət Əhmədov

YAP Culfa rayon Dizə kənd ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Aprel 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see273

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see205

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see201

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see198

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see197

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see190

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri