Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Yaddaşlarda əbədiləşən bürünc komanda

Yaddaşlarda əbədiləşən bürünc komanda

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

“Neftçi” – 1966

Çoxlarınızın dəfələrlə görməyinizə baxmayaraq, yenə maraqla qarşılayacağınıza şübhə etmədiyim foto 1966-cı il noyabrın 30-da həyata vəsiqə alıb. Həmin payız axşamında “Neftçi” Respublika stadionunun tamaşaçılarla ağzınadək dolu tribunaları qarşısında 28-ci SSRİ çempionatının Bakıda vida görüşündə Moskvanın “Spartak” komandasına 3:0 hesabı ilə qalib gələrək, tarixində ilk dəfə bürünc mükafatçı oldu.

Bu oyunda qələbə moskvalılar üçün də çox mühüm əhəmiyyət kəsb edirdi. Onlar məqsədlərinə çatsaydılar, finişdə “Neftçi”ni qabaqlayacaq, komandamız yekun cədvəlində 4-cü yerlə kifayətlənməli olacaqdı. Amma görüşdə baş verən hadisələrin göstərdiyi kimi, həmin gün qonaqlar meydan sahibləri ilə heç cür bacarmayıb, onların kəskin hücumları və həlledici dəqiq zərbələri qarşısında aciz qaldılar.

Nə həmin parlaq tamaşayadək, nə də ondan sonra Azərbaycan futbolunun ovaxtkı flaqmanının belə böyük nailiyyəti olmayıb. Bu gün bir daha dərc etdiyimiz foto bürünc medallı futbolçuların unudulmaz hünərini əbədiləşdirən tarixi töhfədir.

Bu günlərdə yenə futbolumuzun böyük zəfər günlərini, ustalıqlarını dəfələrlə alqışladığımız insanları minnətdarlıq hissi ilə xatırlayırıq. Onlar həyatlarının ən yaxşı dövrünü, coşqun gənclik illərini bütün respublikanın sevimlisi olan “Neftçi”yə həsr etmiş və onun adının Sovet İttifaqı çempionatlarının mükafatçıları siyahısına yazdırılması üçün əllərindən gələni etmişlər. Respublika adına görülən böyük işlər, qazanılan uğurlar isə heç vaxt yaddan çıxmır.

Fotomüxbirin “Spartak”la oyundan dərhal sonra lentə aldığı qaliblər idman ictimaiyyətimizə yaxşı tanışdırlar. Onların adlarını bir daha hörmətlə çəkək. Fotoda ayaq üstə duranlar (sağdan sola): baş məşqçi Əhməd Ələsgərov, Kazbek Tuayev, Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxti, Nikolay Boqdanov, komandanın rəisi Şövkət Orduxanov, Sergey Kramarenko, məşqçi Valentin Xlıstov, Vyaçeslav Semiqlazov, komandanın həkimi Boris Xetaqurov; oturanlar (yenə sağdan sola): Valeri Hacıyev, Mübariz Zeynalov, Anatoli Banişevski, Eduard Markarov və inzibatçı Aydın İsmayılov.

Allah rəhmət eləsin, bütünlüklə Azərbaycan futbolunun yetirmələrindən ibarət olan bu komandanın bir çox üzvü əbədiyyətə qovuşub. Həyatda olanlardan iki həftə əvvəl, noyabrın 13-də K.Tuayevin 85 yaşı tamam olub, onun yaşıdı B.Xetaqurov isə bu günlərdə özünün Feysbuk səhifəsində diqqətə çatdırdığı kimi, tezliklə “Zapiski futbolnoqo vraça” (“Futbol həkiminin qeydləri”) kitabını nəşr etdirəcək. Şübhəsiz, kitab futbol ictimaiyyətimizə dəyərli töhfə olacaq. Həyat və fəaliyyəti “Neftçi” ilə sıx bağlı olmuş məşhur həkimin qeydlərinin nəşrini maraqla gözləyək.

“Spartak”la 59 il əvvəlki görüşə qayıdıb, qeyd edək ki, tallinli hakim Y.Xyarmsın idarə etdiyi oyunda bütün komanda əvvəldən axıradək tamaşaçıların alqış sədaları altında əla mübarizə apardı, matçın qəhrəmanı isə 2 qolun müəllifi Banişevski oldu. O və çempionatda “Neftçi”nin ən sərrast oyunçusu, 14 qolun müəllifi Tuayev mövsümün yekunlarına görə SSRİ-nin ən yaxşı 33 futbolçusu sırasına daxil edildilər.

Nəhayət, onu da xatırladaq ki, “Neftçi” Azərbaycan futbolu üçün çox əlamətdar olan 28-ci çempionatda 34 oyunda 68 mümkün xaldan 45-ni topladı. Bu, bütün ölkə birincilikləri ərzində komandanın ən yüksək göstəricisidir. Statistikaya müraciət etsək, görəcəyik ki, həmin il Bakı kollektivi gümüş mükafatçı Rostovun OİK komandasından cəmi 2 xal geri qalıb və onunla hər iki oyunda meydandan qalib ayrılıb – evdə 4:1, səfərdə 3:1.

...“Neftçi”nin bürünc medallarının 60 illik yubileyinə 1 il qalır.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see681

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see650

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see647

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see468

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see460

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see437

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see400

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see354

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see348

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see346

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see335

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see331

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see328

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see327

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see322

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see317

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see316

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see310

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see293
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri