Icma.az
close
up
RU
Şişqaya yüksəkliyində əbədiləşən ad

Şişqaya yüksəkliyində əbədiləşən ad

525.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın azadlığı və suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin hər biri həm tariximizdə, həm də milyonlarla azərbaycanlının qəlbində silinməz iz qoyub. Bu igidlərin həyat yolu təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də bir millətin əyilməz iradəsinin təcəssümüdür. Adını Vətən müharibəsinin şanlı səhifələrinə qızıl hərflərlə yazdıran baş leytenant Səid Nofəl oğlu Rəşidzadə də məhz belə Vətən oğullarındandır.

1990-cı ilin yanvar ayında Füzuli rayonunun Horadiz şəhərində dünyaya göz açan Səid Rəşidzadə vətənpərvərlik hissi ilə böyümüş, bu hissi həyat amalına çevirmişdi. Bakı şəhərindəki Sərhəddin Yolçuyev adına 207 saylı məktəbdə təhsilini başa vurduqdan sonra 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş və 2011-ci ildən Azərbaycan Ordusunun sıralarında zabit kimi xidmətə başlamışdı.

Səid Rəşidzadə hər zaman ön cəbhədə olmağı seçirdi. 2016-cı ilin Aprel döyüşlərində mərhum general Polad Həşimovla yanaşı döyüşərək düşmənə sarsıdıcı zərbələr endirmişdi. Lakin onun həqiqi qəhrəmanlıq dastanı 2020-ci ildə, 44 günlük Vətən müharibəsində yazıldı.

Ordudan tərxis olunmasına baxmayaraq, müharibə başlar-başlamaz könüllü cəbhəyə yollanan, ilk gündən üçrəngli Azərbaycan bayrağını sinəsinin üstündə gəzdirən, sonda da məhz o bayraq uğrunda şəhidlik zirvəsinə ucalan bir igidin fədakarlığına, cəsarətinə necə heyrətlənməyəsən, onunla necə qürurlanmayasan?!

Komandir Səid Rəşidzadə və tabeliyindəki beş silahdaşının müharibə boyunca ən önəmli tapşırıqlarından biri məhz Hadrutun Şişqaya yüksəkliyini düşməndən təmizləmək olub. Çünki Şişqaya olduqca strateji mövqeyə malik yüksəklik idi. Düşmən həmin mövqedən ətraf ərazini nəzarətdə saxlaya, ordumuza çətinliklər yarada bilirdi. Həmçinin, bu yüksəklik Şuşaya gedən yolun açarı sayılırdı. Səid və döyüş yoldaşları bunu çox gözəl bilirdilər. Ona görə də heç bir maneə, heç bir təhlükə onları bu yoldan döndərə bilməzdi. Ora gedənədək çox şəhid vermişdilər və hər birinin qisasını alacaqlarına, uğrunda can verdikləri torpaqları düşməndən azad edəcəklərinə and içmişdilər.

Elə də oldu. Komandir Səid Rəşidzadənin rəhbərliyi ilə kiçik bir heyət döyüşə-döyüşə uzun yol qət edərək Şişqaya yüksəkliyinə çatdı. "Mən Azərbaycan zabitiyəm və düşmən bayrağının altında dayana bilmərəm" - deyən baş leytenant Səid Rəşidzadə həyatının böyük təhlükə altında olduğunu bilə-bilə, düşmən bayrağını endirib, Azərbaycan bayrağını oraya sancarkən snayper gülləsinə tuş gəldi və şəhidlik zirvəsinə ucaldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Səid Rəşidzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, eləcə də "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", və "İgidliyə görə" medalları ilə təltif olundu.

Səid Rəşidzadənin ömür yolu - sarsılmaz inam, Vətən sevgisi və şücaətlə yazılmış bir dastandır. Onun mərdliyi və fədakarlığı nəinki döyüş meydanında, həm də Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Çünki Səid təkcə torpaq uğrunda şəhid olmadı - o, bir millətin ruhunu, bir xalqın qürurunu zirvəyə qaldırdı.

Onun mərdliyi, igidliyi və Vətən sevgisi gələcək nəsillərə örnəkdir. Qəhrəmanlığı bir millətin gücünü, bir xalqın birliyini təcəssüm etdirir. Səid kimi oğulların sayəsində bu gün biz azad və suveren bir ölkədə yaşayırıq.

Şəhidin atası Nofəl Qasımov deyir ki, üzərində oğlunun qanı olan bayraq onun üçün Səid deməkdir. Çünki Səid müharibə başlayandan bu bayrağı sinəsində özü ilə gəzdirib. Hər gün 3 dəfə öpüb, sinəsinə sıxırmış. Deyirmiş ki, haranı azad etsələr, ora sancacaq: "Səid müharibədə bölük komandiri kimi iştirak edib. Hadrutun girəcəyində Şişqaya yüksəkliyindəki postu azad ediblər. Orada erməni bayrağı olub. Səid deyib ki, mən Azərbaycan zabitiyəm, erməni bayrağı altında dura bilmərəm, bayrağı dəyişməliyəm. Əsgərləri "komandir, səni qarşı tərəfdən vuracaqlar" deyib onu saxlamaq istəyiblər. Səid isə "vursalar da, qorxmayın, kömək gələcək" deyə cavab verib. Dirəyə yaxınlaşıb bayrağı asanda onu snayperlə vurublar. 15 dəqiqə ərzində kömək gəlsə də, həyatını xilas etmək mümkün olmayıb. O, şəhid olandan sonra Səidin adını bayrağa yazıb, dirəkdən asıblar".

Səid Rəşidzadənin döyüşdüyü taborun komandiri, mayor Hacı Rəhimovun sözlərinə görə, Səid heç nədən qorxmayan, çəkinməyən bir zabit idi: "Mən onların tabor komandiri idim. Səid müharibənin 5-ci günündən bizimlə birlikdə oldu. Mənə deyəndə ki, könüllü gəlmişəm, Vətənimizin azadlığı uğrunda vuruşmaq istəyirəm, o andan bildim ki, Səid mərd, cəsur bir gəncdir. Döyüş tapşırıqlarını yerinə yetirərkən, demək olar ki, Səidlə bir yerdə olduq. Səid və onun dostları döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirən insanlar idi. Səid heç nədən qorxmayan, çəkinməyən bir gənc idi. Neçə dəfə ona xəbərdarlıq etmişdim ki, ehtiyatlı olsun. Həmişə mənə deyirdi ki, komandir, Vətən sağ olsun, borcumuzdur, borcumuzu yerinə yetiririk. Səidlə Hadrut istiqamətində yüksəklikləri təmizləyə-təmizləyə irəliləmişik. Orada düşmənin bir neçə postu qurulmuşdu ki, həmin postlardan düşmən bizim qoşunların hərəkətini görürdü. O yüksəkliklər təmizlənməsəydi, Hadruta giriş mümkün deyildi. O yüksəklikləri təmizləyərkən böyük bir qarşıdurma oldu. Səid düşmənin bayrağını endirmək istəyəndə snayper gülləsinə tuş gəldi. Biz Səidin qisasını aldıq. Orada dalğalanan üçrəngli bayrağımızın üzərinə Səidin adı yazılıb. Onun döyüş yoldaşları mənim rəhbərliyimlə bayrağa Səidin adını yazdılar və aldığımız postdan asdılar. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı bahasına biz torpaqlarımızı azad etdik. Allah Səidə qəni-qəni rəhmət eləsin".

Korpus kəşfiyyatının sabiq komandiri İlham Ağalar öz xatirələrini bölüşərkən deyib ki, Şişqaya yüksəkliyini azad etmək üçün tapşırığı alan həmlə bölüyünə komandirlik baş leytenant Səid Rəşidzadəyə həvalə edilmişdi. Bu, heç də adi təyinat deyildi: "Bir vaxtlar mənim də başçılıq elədiyim kəşfiyyat bölüyünə altmış nəfər əlavə döyüşçü vermişdilər. Müharibəyə çağırışla gələn bu adamlara qarşı hamımızda bir etimadsızlıq var idi və bunu heç gizlətmirdik də. Bu mənada Hadrut istiqamətinə həlledici hücumda könüllülər sırasında döyüşə gəlmiş zabitin həmlə bölüyünə başçılıq eləməsi görünməmiş hadisə idi. Düşmən hər tərəfdən mühasirəyə alınsa da, ciddi müqavimət göstərirdi. Bu da təsadüfi deyildi. 1992-ci ildən bəri Şişqaya yüksəkliyinə sancdıqları bayraq hələ də gözləri qarşısında dalğalanıb onlara mənəvi güc verirdi. Görünür, peşəkar zabit - baş leytenant Səid Rəşidzadə də bunu anlamışdı. Azsaylı qüvvə ilə düşmənin inadını qırmaq asan deyildi. Amma yüksəklikdəki həmin bayrağı yerə salıb ora öz bayrağımızı sancmaq, qarşı tərəfi mənəvi-psixoloji sarsıntıya məruz qoyar, ona sarsıdıcı zərbə vurmuş olardıq. Düşmənin fiziki məhvindən daha çox, sıralarında yaranmış çaşqınlıq səbəbindən onları qaçmağa məcbur etməyin əsl məqamı idi. Buna görə də Səid cəsarətlə hərəkət edib özünü irəli atır. Hər tərəfdən açıq olan metal konstruksiyanın üstünə qalxmaq elə də asan deyildi. Kəskin nişançılardan tutmuş minamyotçulara qədər düşmənin bütün silahlı gücünü səfərbər etdiyi yüksəklikdə bu işi görmək birbaşa ölümə getmək demək idi. Amma cəsur zabitimizi bu gerçəklik saxlaya bilməzdi. O, belə də etmişdi və nə qədər çətin də olsa, bunu bacarmışdı. Bir azdan iyirmi səkkiz il dalğalanıb düşmənə ruh verən bayraq artıq ayaqlar altına atılmışdı. İndi qüllədə üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Şişqayanın bizim əlimizdə olduğunu göstərən bu işarə, arxadakı döyüşçülərə güc verib onları hücuma səsləməklə yanaşı, eyni zamanda qarşı tərəfi də mənəvi cəhətdən sındırmış oldu.  Motoatıcı bölüklər müqaviməti qırılmış düşmən qüvvələrin üzərinə hücuma keçib bir neçə saatdan sonra bütün Hadrut ərazisini ələ keçirirlər. Amma bütün bunlardan Səidin xəbəri olmur. Artıq o, şəhidlik zirvəsinə ucaltmışdı".

Şəhidin atası Nofəl Qasımovun sözlərinə görə, o, Səidə deməyib ki, müharibəyə get, o özü bu yolu seçib: "Evdə dayana bilmirdi, yerə-göyə sığmırdı. Mənlə dava edirdi ki, sən komissarlığa demisən Səidi aparmayın. Günün birində evə gələndə gördüm hazırlaşıb Füzuliyə gedir, sağollaşdıq. Füzulidə qohum-əqrəba ilə görüşüb, deyib-gülüb. Səhəri gün komissarlığa gedib. Özü sənədləşmə işini həll edib, füzulili cavanlarla birlikdə yola düşüblər. Mən Səidi heç nəyə məcbur etmirdim. O, gözünü açandan mənim mübarizə yolumu görmüşdü, özü də bu ruhda böyümüşdü. 1990-cı illərdə, döyüşlərin qızğın vaxtlarında Səidin 3 yaşı vardı, onu bir neçə dəfə özümlə səngərə də aparmışdım. Səidin içində Vətənin qisası hissi vardı, o qisasın dalınca getmişdi Səid. Səidin şəhid olduğu yerə - Şişqayaya biz 1990-cı illərdə üç dəfə hücum eləmişdik, amma ala bilməmişdik. Mən ömrü boyu Səidin Azərbaycan bayrağı sancarkən şəhid olduğu o yüksəkliyin həsrətini çəkmişəm. Mənə qismət olmadı, amma Səid Şişqayaya gedə bildi".

Ürəyində daşıdığı bayrağı canından da çox sevərək Vətən uğrunda şəhid olan Səid Rəşidzadənin adı və qəhrəmanlığı bu gün də, sabah da qəlblərdə yaşayacaqdır. Onun mərdliyi, igidliyi və vətən sevgisi unudulmazdır, gələcək nəsillərə sönməz bir işıq kimi yol göstərəcəkdir. Səidin ruhu, qəhrəman şəhidlərin ruhu kimi, hər zaman bizimlədir, ruhumuzda əbədi bir məşəl kimi yanır və yolumuzu işıqlandırır. Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş müqəddəs şəhidlərimizin qanı ilə yazdıqları bu şanlı tarix heç vaxt unudulmayacaq və onların xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see200

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see172

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see165

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see145

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see141

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see134

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see131

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see130

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see127

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri