Yadplanetliyə yeddi atəş: ABŞ də yaşlı qadının şokedici qətli
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Minnesota ştatında yaşayan kişi 70 yaşlı qonşusunu yadplanetli hesab edərək onu güllələyib.
Oxu.Az-ın "CBS News"a istinadən məlumatına görə, faciəli hadisə Uindom şəhərində baş verib.
Hadisə yerinə gələn polis əməkdaşları çoxsaylı güllə yarası almış yaşlı qadını aşkar ediblər. Zərərçəkmiş ona atəş açanın qonşusu olduğunu bildirməyə macal tapıb. Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Tibb işçiləri onun bədənində yeddi güllə yarası müəyyən ediblər.
Daha sonra polisi çağıran şahid bildirib ki, şübhəli şəxs cinayətdən əvvəl ona yadplanetlilər haqqında danışırmış. O, qonşusunun yadplanetli olduğuna və tezliklə onun ardınca kosmik gəminin gələcəyinə əmin imiş.
Bundan sonra kişi yaşlı qadının evinə zorla daxil olaraq ona atəş açıb.
Şübhəli şəxs həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Avqust 2025 02:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















