Icma.az
close
up
RU
Yağın baha olmasının səbəbi bu imiş AÇIQLAMA

Yağın baha olmasının səbəbi bu imiş AÇIQLAMA

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda ərzaq qiymətləri arasında xüsusilə yağ məhsulları daha çox diqqət çəkir. Yerli istehsal olan kərə və zeytun yağlarının qiymətləri xarici ölkələrdən idxal edilən yağlarla müqayisədə daha yüksəkdir. Bu vəziyyət isə istehlakçılar arasında narazılıq yaradır. Bəs nə üçün yerli yağ məhsulları daha bahalıdır?

Mövzu ilə əlaqədar Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Metbuat.az-a açıqlamasında bildirib ki, yağların Azərbaycanda baha olmasının əsas səbəbi yerli yağ istehsalının çox zəif olması ilə əlaqədardır:

“Bazarda çox ciddi yağ qıtlığı müşahidə olunur. Xaricdən gətirilən yağlar isə daha aşağı keyfiyyətlidir. Xaricdən ölkəmizə gətirilən elə yağlar var ki, onların bir kiloqramı hətta 2 manat yarıma başa gəlir. Bunlar əsasən marqarinlər, palma yağı, trans yağlardır və dünyanın sivil ölkələrində qida məhsulu kimi artıq istifadə edilmir. Təəssüflər olsun ki, bu yağlar Azərbaycana gətirilir. Bütün kərə yağlarının, bitki yağlarının tərkibinə həmin ucuz yağlar əlavə olunur və yaxud texnologiyalar vasitəsilə hazırlanır. Məsələn, indi marketlərdə 3-5 manata da kərə yağı adı altında yağ satılır. Bəs bu kərə yağı nədən alınıb ki, bu qiymətədir?”.

A.Nəsirli qeyd edib ki, orta yağlılığa malik 100 litr süddən üç kiloqramdan çox yağ almaq mümkündür:

“Yəni südün şərti yağlılıq vahidi 3,6 faizdirsə, 100 litr süddə 3 kq 600 qr yağ var. Ancaq bu yağın hamısı süddən ayrılmır, tərkibində az da olsa yağ qalır. Təxminən 600 qramı süddə getsə, 100 litr süddən 3 kq yağ alınacaq. Bu yağın bir kiloqramı necə 5-6 manata ola bilər? Xaricdən gətirilən yağların çoxu yararsız olduğuna görə Azərbaycan bazarında ucuz satışa çıxarılır. Məsələn, palma yağının Azərbaycanda gömrük qiyməti iki manata başa gəlir. Həmin yağı 5-6 manata satmaq kifayət qədər gəlir gətirir. Amma məsələ burasındadır ki, təbii süddən alınan yağın bir kiloqramını topdan satış qiymətlərilə hesablasaq, maya dəyəri 15-18 manatdan aşağı deyil. Sözsüz ki, onun bir kiloqramının qiyməti 20 manat ətrafında olacaq ki, maya dəyərindən əlavə, fermer qazanc da götürsün. Yəni yerli yağın baha olmasının birinci səbəbi odur ki, baha başa gəlir, ikinci səbəbi isə istehsalının aşağı səviyyədə olmasıdır".

İqtisadçı iddia edib ki, hətta Yeni Zelandiya yağlarının belə tərkibinə azı 15-20 faiz palma yağı vurulur:

"Diqqət etmisinizsə, Yeni Zelandiyadan gətirilən yağı Azərbaycanda qablaşdırırlar. Yeni Zelandiyada yarım kiloluq, bir kiloluq qablaşdırma yoxdur, onlarda standart tamam başqadır. 600 qramlıq qablaşdırma var, 1 kiloqram 200 qramlıq qablaşdırma var və s. Yəni qablaşdırma standartları Azərbaycandakından çox fərqlidir. Bu isə onu təsdiq edir ki, Zelandiyadan gələn yağlar Azərbaycanda qablaşdırılır. Niyə? Çünki həmin yağların tərkibinə ucuz yağlar vururlar. Təsəvvür edin, 20 manata satılan yağın tərkibinə belə 10-20 faiz iki manata başa gələn yağ vurulur".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Yanvar 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri