Icma.az
close
up
RU
Azərbaycanda yağın 6 manatadək bahalaşmasının SƏBƏBİ

Azərbaycanda yağın 6 manatadək bahalaşmasının SƏBƏBİ

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşmanın həm yerli, həm də xaricdən gətirilən məhsullarda müşahidə olunduğu bildirilir. Oxu.az-ın məlumatına görə, ümumilikdə yağların qiymətində 6 manatadək artım var. Satıcılar isə bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını deyirlər.

Mövzu ilə bağlı “Bakupost”a danışan iqtisadçı Günay Hüseynova qiymət artımını bir neçə iqtisadi amillə izah edib.

Onun sözlərinə görə, ilk növbədə kərə yağı ilə bitki yağlarının qiymət dinamikasını fərqləndirmək lazımdır. Çünki bu məhsulların istehsal xərcləri, xammal mənbələri və idxal coğrafiyası eyni deyil.

"Kərə yağı ilə bağlı qiymət artımını müzakirə etsək, bu sahədə əsas risklərdən biri yerli istehsalın azalmasıdır. Yerli istehsalın azalması həm tələbdən asılı olaraq qiymət artımına səbəb olur, həm də idxal məhsullarının qiymət artımından dolayı yüksələ bilir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kərə yağı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalıb. Yerli istehsalın azalması bazarda idxal məhsullarından asılılığı və qiymət təzyiqlərini artıra bilər. Bununla yanaşı, süd və süd xammalının qiyməti, heyvandarlıq təsərrüfatlarının xərcləri, enerji və daşınma xərcləri də son qiymətə təsir edən amillərdəndir".

G.Hüseynova bildirib ki, duru yağların qiymətinə isə dünya bazarında bitki yağlarının dəyəri, xammalın əldə olunma xərcləri, beynəlxalq daşınma tarifləri və istehsalçı ölkələrdə təklifin vəziyyəti təsir göstərir:

"Azərbaycan bazarında həm yerli, həm də idxal məhsullarının bahalaşması onu göstərir ki, qiymət dəyişikliklərini yalnız xarici bazarla əlaqələndirmək kifayət deyil. İstehsalçıdan istehlakçıya qədər olan təchizat zəncirindəki xərclər, topdansatış qiymətləri və ticarət əlavələri də araşdırılmalıdır".

O qeyd edib ki, qiymətlərin 6 manatadək artması bütün yağ məhsullarının eyni səviyyədə bahalaşdığı anlamına gəlmir:

"Məhsulun markası, mənşə ölkəsi, qablaşdırma həcmi və əvvəlki satış qiyməti nəzərə alınmadan ümumi nəticəyə gəlmək düzgün olmazdı. Buna görə də qiymət artımının hansı mərhələdə formalaşdığını müəyyən etmək üçün idxal qiymətləri ilə pərakəndə satış qiymətləri müqayisə edilməli və aradakı fərq təhlil olunmalıdır.

Gələcək qiymət dinamikasına gəldikdə, yaxın dövrdə əlavə artım ehtimalını tam istisna etmək olmaz. Əgər idxal xərcləri yüksək olaraq qalarsa, yerli kərə yağı istehsalında azalma davam edərsə və təchizat xərcləri yüksələrsə, bu, qiymətlərə əlavə təzyiq yarada bilər. Lakin indiki mərhələdə yağların qiymətinin mütləq şəkildə artacağını və ya konkret tarixədək bahalaşmanın davam edəcəyini söyləmək üçün kifayət qədər əsas yoxdur".

G.Hüseynovanın fikrincə, qiymətlərin sabitləşməsi üçün yerli istehsalın bərpası, idxal təchizatının davamlılığının təmin edilməsi, beynəlxalq bazarda xammal qiymətlərinin sabitləşməsi və satış zəncirində rəqabətin qorunması vacibdir:

"Bu baxımdan, aidiyyəti qurumların bazarda qiymət monitorinqini gücləndirməsi, məhsullar üzrə alış və satış qiymətlərinin dəyişməsini izləməsi vacibdir.

Nəticə etibarilə, yağların bahalaşmasını tək bir səbəblə izah etmək düzgün olmaz. Burada həm istehsal və idxal amilləri, həm də daxili bazarda qiymət formalaşması mexanizmləri rol oynaya bilər. Əsas məsələ qiymət artımının real xərc dəyişikliklərindən nə dərəcədə qaynaqlandığını müəyyən etmək və əsassız qiymət artımlarının qarşısını almaqdır”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Oktyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri