Yağış Bakını cənginə aldı Hava ilə bağlı SON VƏZİYYƏT
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli və intensiv olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 8-i saat 09:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında 30 mm-dək yağıntı qeydə alınıb. Bu göstərici aylıq normanın 133 faizini təşkil edir. Dominos pizza
Rayonlarda ən çox yağıntı Xızıda (23 mm), Astarada (18 mm), Qobustanda (17 mm), Ağdamda (14 mm), Sabirabadda (10 mm), Lənkəran və Şamaxıda (10 mm) qeydə alınıb.
Xaltan, Tərtər və Lerikdə 9 mm, Zərdabda 8 mm, Kürdəmirdə 7 mm, Şirvanda 4 mm, Yardımlıda 3 mm yağıntı düşüb.
Qaxın Sarıbaş kəndi, Xınalıq, Quba və Göyçayda 2 mm, digər bir sıra rayonlarda isə 1 mm-dək yağıntı qeydə alınıb.
Müşahidə olunan küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarından tədricən zəifləyib. Hazırda küləyin sürəti 8-13 m/s təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 08 Sentyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















