Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
Faktiki hava açıqlanıb.
News24.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 21-i saat 21:00-a olan məlumatına əsasən, ölkə ərazisində soyuq, fasilələrlə qarlı hava şəraiti davam edir.
Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Hacıqabul, Göyçay, Zərdab, İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Laçın, Xankəndi, Qubadlıda qar yağır.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.4 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 21 Fevral 2025 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















