Sabunçu sakinləri yağışdan çıxıb yağmura yox, palçığa düşürlər VİDEO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsi 2 Aprel küçəsi illərdir ki, yağış, qar yağdığı günlərdə “keçilməz qala”ya çevrilir.
Bizim.Media-ya bu barədə sakinlərdən şikayət daxil olub. Onların sözlərinə görə, əraziyə aidiyyatı qurumlar tərəfindən baxılmır və yolun təmiri ilə bağlı indiyədək konkret addım atılmayıb. Ərazidəki kanalizasiya xəttinin bir hissəsini isə sakinlər öz hesablarına çəkiblər. Ətraf küçələrdəki yollara qırın tökülməsi də həmin yerlərdə yaşayan vətəndaşların öz hesabına aparılıb.
Bir sözlə, orada yaşayan sakinlər yağışdan çıxıb yağmura yox, palçığa düşürlər.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktubla müraciət edilib:
“Məlumat üçün bildiririk ki, rayonun bütün qəsəbələrində olduğu kimi Sabunçu qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Sabunçu qəsəbəsi, 2 Aprel küçəsində də yolun təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya proqramına əlavə edilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktubla müraciət olunub”.
Mövzunu diqqətdə saxlayacağıq.
Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 29 Yanvar 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















