Icma.az
close
up
RU
Yağmur Cəlilabadda körpünü sıradan çıxardı

Yağmur Cəlilabadda körpünü sıradan çıxardı

Aznews.az-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir Yağmur Cəlilabadda körpünü sıradan çıxardı.

Cəlilabad rayonunun Vənlik kəndindəki körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

Bu barədə "Report"un yerli bürosuna kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, körpü yaşayış məntəqələri arasında gediş-gəlişi təmin edir. Son yağışlardan sonra qəzalı vəziyyətə düşən körpüdən hər hansı avtomobilin keçməsi təhlükəlidir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən bildiriblər ki, sözügedən körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı artıq qurumun nümayəndələri baxış keçiriblər və əraziyə təmir məqsədilə lazımi texnika gətirilib, yağışlar ara verən kimi burada işlər aparılacaq.

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri